Accessibility links

Ramiz Yunus ABŞ-Azərbaycan qurultayına buraxılmır [Audio]


Ramiz Yunus

Ramiz Yunus

“Niyə görə mən Azərbaycan vətəndaşı ola-ola, Amerika vətəndaşı ola-ola bu tədbirə girə bilmərəm,” deyə jurnalist Ramiz Yunus Vaşinqtonda təşkil olunan ABŞ–Azərbaycan qurultayına buraxılmamasına reaksiya verib. Amerikanın Səsinə danışan cənab Yunus qurultay təşkilatçılarının qeydiyyat şərtlərini bəhanə gətirərək onu tədbirə buraxmamalarına etiraz edir.

Ramiz Yunus ABŞ paytaxtında keçirilən tədbirdən xaric olunması haqda seçkili orqanlara məlumat verəcəyini və birbaşa öz senatoruna və konqresmeninə şikayət edəcəyini bildirib:

“Saat 6-da burada tədbir olacaq. Burada senatorlar olacaq. Və o senatorların ikisi mənim senatorlarımdır - hansına ki, mən səs vermişəm. Onlar mənim ştatımın nümayəndələridir. Mən o senatorların yanına girə bilmirəm. Niyə?”

“Dayanmışam burada, Azərbaycanın vətəndaşıyam. Özümü də düşmən kimi hiss edirəm. Guya mən bunların düşməniyəm,” deyə Ramiz Yunus qurultayın keçirildiyi otel foyesində üzləşdiyi situasiyanı təsvir edib.

“Qoy Amerika senatorlarının xəbəri olsun bu gün Azərbaycanda vəziyyət necədir. Azərbaycanda neçə siyasi dustaq oturub. Azərbaycanda Leyla Yunusu həbs etdilər...” deyə Ramiz Yunus Azərbaycanda son vaxtlar baş verən həbslər barədə məsələ qaldırmaq niyyətində olduğunu bəyan edib.

Aprelin 30-da Vaşinqtonda ABŞ-Azərbaycan qurultayı keçirlir. Qurultayda ABŞ və Azərbaycanı təmsil edən siyasi və ictimai xadimlər, biznes liderləri və ekspertlər iştirak edir.
XS
SM
MD
LG