Accessibility links

Aprelin 29-da ABŞ Dövlət Departametninin gündəlik birinfiqi Azərbaycanda mətbuat azadlıqlarının boğulmasına dair bəyanatla başlayıb.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata əsasən ilk olaraq Dövlət Departametninin sözçüsü həbs olunmuş Xural qəzetinin baş redaktoru Əvəz Zeynallının məsələsinə diqqət çəkib.

“Cənab Zeynallı 2013-cü il, 12 martda rüşvət ittihamları ilə doqquz il həbsə məhkum edilib,” deyə xanım Psaki məlumat verib. ABŞ rəsmisinin sözlərinə görə cənab Zeynallının jurnalist fəaliyyəti hökumət orqanlarında korrupsiyanın ifşa olunmasına, insan haqları və mətbuat azadlığının işıqlandırılmasına yönəlib. Daha sonra Jen Psaki qeyri-hökumət təşkilatlarının cənab Zeynallını “siyasi məhbus” hesab etdiklərini bildirib.

“Biz Azərbaycan hökumətini azad və plüralist mediaya hörmət etməyə və Əvəz Zeyanllını azadlığa buraxmağa səsləyirik,” deyə Dövlət Departametninin sözçüsü bəyan edib.

Son bir neçə gündə ABŞ Dövlət Departamenti Azərbaycanda vüsət alan siyasi basqılarla bağlı bir neçə bəyanatla çıxış edib.

Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı, hazırda həbsdə olan Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib.
XS
SM
MD
LG