Accessibility links

Alimlər Yer kürəsində 2900 ilan növü müəyyən ediblər. Bu ilanların əksəriyyəti zəhərsizdir. Amma zəhərli ilanlar növünə daxil olan bəziləri insanı bir neçə dəqiqə ərzində məhv etməyə qadirdirlər. Dünyanın ən zəhərli ilanları Avstraliya və Afrika qitəsində məskunlaşıb.

Taypan və ələlxüsus da içəri taypan sinfinə daxil olan ilanlar dünyanın ən ölümcül ilanları hesab edilir. Avstraliyada yaşayan bu ilanların zəhərinin çox cüzi miqdarı bir yox, bir neçə adamın həyatına son qoymağa kifayət edər.

Eyni dərəcədə təhlükəli ilan qara mambaya Afrikada rast gəlinir. O, dünyanın ən sürətli ilanı olmaqla yanaşı ən ölümcülüdür. Anti-venin icra olunmadıqda qara mamba dişləmi 100 faiz hallarda ölümlə nəticələnir.

Son onilliklər ərzində yüksək müalicəvi xassəyə malik anti-zəhər preparatlarının inkişafı ABŞ və əksər birinci dünya ölkələrində ilan hücumlarının təhlükəsini xeyli azaldıb. Ötən bir neçə il ərzində Amerikada heç kəs ilan çalmasından ölməyib. Səhiyyənin inkişaf etmədiyi Afrika və Cənubi Asiya ölkələrində isə zəhərli ilanlar sakinlərin həyatına ciddi təhlükə törətməkdə davam edir.

Dünya boyu hər il 4.5 milyon adamı ilan çalır. Onlardan yüz mini bunun nəticəsində həyatını itirir.
XS
SM
MD
LG