Accessibility links

Hindistandakı erkən seçkilərdə müxalifət partiyası qələbə əldə edib


Erkən seçkilərin nəticələri Hindistanın müxalifət Bharatiya Canata Partiyasından Narendra Modinin növbəti baş nazir olmasına əsas verir. Son 10 ildə Hindistanın aparıcı Konqres partiyası məğlubiyyətini etiraf edib. Son illərin korrupsiya qalmaqalları,
yüksək inflyasiya və iqtisadiyyatdakı böhran bu partiyanın nüfuzdan düşməsinə səbəb oldu.

Hindistanda 5 həftədir davam edən seçkilər bazar ertəsi Bharatiya Canata Partiyasının xeyrinə başa çatdı. Media bunun 30 ildən bəri müxalifət partiyasının ən böyük qələbəsi olduğunu proqnozlaşdırır.

Bu qələbə Bharatiya Canata Partiyasına regional liderləri ilə koalisiyanın formalaşması olmadan hökumət yaratmaq imkan verir.
XS
SM
MD
LG