Accessibility links

Aclıq aksiyası: Hədəflər və təhlükələr – Ekspertlərlə müsahibə [Audio]


Araz Süleymani və Saleh Kamrani

Araz Süleymani və Saleh Kamrani

Güneyli tibb və hüquq uzmanları Amerikanın Səsi ilə söhbətdə aclıq aksiyasının mahiyyətini müzakirə ediblər

Güneyli həkim Araz Süleymani və hüquqşünas Saleh Kamrani Amerikanın Səsi ilə söhbətdə bəzi siyasi məhbusların etiraz yolu olaraq seçdiyi aclıq aksiyasının mahiyyətini müzakirə ediblər. Azərbaycanlı ekspertlər aclıq edən məhbusların hədəf və tələbləri, muxtəlif ölkələrin hüquq sistemlərinin aclıq aksiyası keçirənlərə yanaşma tərzi, həmçinin aclıq aksiyasının gətirdiyi təhlükələr, qısa və uzun müddətdə məhbusların sağlığına verdiyi zərərləri dəyərləndiriblər.
Aclıq aksiyasının bitməsi ilə, onun gətirdiyi zərərlər bitmir. Fiziki və psixoloji problemlər uzun illər boyu davam edir.
Son vaxtlar məhkəmədə məruz qaldıqları ədalətsizlik, eləcə də zindan məsulları və İranın təhlükəsizlik qurumları tərəfindən özləri və ailələrinə qarşı tətbiq edilən basqı və əziyyətlərə etiraz olaraq aclıq edən güneyli məhbusların sayı artmaqdadır.

Saleh Kamraninin sözlərinə görə, İran zindanlarında aclıq edən güneyli məhbuslar adətən böyük tələblər və istəklər irəli sürmürlər. Onlar qanunda olduğu kimi məzuniyyət və ailə ilə görüşmək kimi normal hüquqlarını tələb edir, özləri və ailələrinə qarşı əziyyətlərə son qoyulmasını istəyirlər.

Güneyli hüquqşünas xüsusilə Təbriz zindanında aclıq aksiyasına başlamış Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının üzvü Yürüş Mehrəlibəylinin (Ayət) durumunu dəyərləndirib.
İran zindanlarında aclıq edən güneyli məhbuslar adətən böyük tələblər və istəklər irəli sürmürlər. Onlar qanunda olduğu kimi məzuniyyət (mürəxəslik) və ailə ilə görüşmək kimi normal hüquqlarını tələb edir, özləri və ailələrinə qarşı əziyyətlərə son verilməsini istəyirlər.
Aclıq aksiyasını ölüm və intihara doğru bir hərəkət kimi dəyərləndirən Araz Süleymani aclıq aksiyasından bir müddət sonra vücudda immunitet sisteminin ciddi şəkildə zərər gördüyü və bunun infeksiya və düzəlməz xəstəliklərə yol verə biləcəyini qeyd edib.

Süleymaninin sözlərinə görə, aclıq edən məhbuslar bir müddətdən sonra artıq ağrıları hiss etmirlər, ancaq vücudları zəifləyir, misal üçün soyuq havaya dözə bilmirlər.

“Aclıq aksiyasının bitməsi ilə, onun gətirdiyi zərərlər bitmir. Fiziki və psixoloji problemlər uzun illər boyu davam edir,” deyə Almaniyada mühacirətdə yaşayan güneyli həkim irəli sürüb. Onun fikrincə, toplum işgəncəyə məruz qalmış yaxud aclıq aksiyası keçirmiş milli fəallardan təqdir etməli və onların psixoloji durumunu nəzərə almalıdır.

Vəkil Kamrani isə aclıq edən milli fəalların irəli sürdükləri tələblərdən əlavə öz toplumlarına da mesaj verdiklərini söyləyir. Onun dediklərinə görə, məhbuslar bu təhlükəli yolu seçərək özləri və xalqlarının səsini toplum və mediaya çatdırmaq istəyirlər.

İsveçdə yaşayan hüquqçu həmçinin İran qanunlarının aclıq aksiyasına münasibətini şərh edib və İranda aclıq akiyası keçirməklə öz istəklərini əldə etməyi bacaran bir neçə siyasi məhbus haqqında danışıb.
XS
SM
MD
LG