Accessibility links

Gözləntilərin yüksək olmasına baxmayaraq, Çin və Rusiya arasında təbii qaz təchizatına dair 400 milyard dollar dəyərində razılaşma əldə olunmayıb.

Şanxaya səfər etmiş Rusiya prezidenti Vladimir Putin və onun çinli hə karı Si Tszinpin enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığa dair 49 müqaviləyə imza atıb. Lakin iki ölkənin liderləri Çinin gələn 30 il ərzində Rusiyaya qaz təchizatına görə nə qədər pul ödəcəyi məsələsində razılığa gələ bilməyiblər.

Rusiya və Çin arasında qaz təchizatına dair müqavilə ilə bağlı müzakirələr 10 il sürüb.

Təhlilçilər Rusiyanın hazırda Ukraynaya müdaxilə ilə əlaqədar ABŞ və onun müttəfiqləri tərəfindən sanksiyalar tətbiq edildiyi üçün öz təbii qazını Avropadan kənarda satmaq istədiyi bir vaxt razılığın əldə ediləcəyini gözləyirdir. Çin iqtisadiyyatın genişləndirilməsi məqsədilə daş-kömürdən asılılığın azaldılmasına çalışır.

İki ölkə cənab Putinin inə iki gün sürəcək səfərinin sonuna qədər hələ də təbii qaza dair razılığı əldə edə bilər. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov böyük inkişafın əldə edildiyini və müqavilənin hər an imzalana biləcəyini deyib.

Təbii qaza dair razılığın əldə olunmamasına baxmayaraq, prezident Si Tiszinpin Çinin Rusiya münasibətlərindən razılığını bildirərərək, bu münasibətlərin biri-birinin beynəlxalq mövqeyinin yaxşılaşdırılması üçün əhəmiyyətini vurğulayıb.
XS
SM
MD
LG