Accessibility links

Bill və Melinda Getys Fondunun həmsədri Melinda Geyts Dünya Səhiyyə Assambleyasının nümayəndələrini dünya boyu yeni doğulan körpələrin ölümlərinə son qoyulması planını təsdiq etməyə çağırıb. Səhiyyə rəsmilərinin fikrincə yeni doğulan körpələrin ölümünün qarşısını almaq olar
. Melinda Geyts

Melinda Geyts



Hər il dünya boyu 3 milyona yaxın yenicə doğulan körpə ilk 28 günündə ölür. Dünya Səhiyyə Təşkilatı (DST) 2.6 milyon uşağın ölü doğulduğunu, bir milyona qədərinin isə doğuş vaxtı öldüyünü bildirir.



Melinda Geytsin dediyinə görə, yeni doğulan körpələr arasında ölüm hallarının yüksək olmasına görə o, Dünya Səhiyyə Təşkilatının “Yeni Doğulanlar Aksiyası” planını həftənin sonuna qədər təsdiq edəcəyinə ümid edir. Beləliklə o, səhiyyə nazirlərinin təcili surətdə körpə həyatlarını qorumaq prosesinə başlayacaqlarını deyir.
Cenevrədə keçirilən mətbuat konfransı zamanı xeyriyyəçi Melinda Geyts jurnalistlərə deyib ki, onun təqdim etdiyi plana yeni doğulan körpələrin əmizdirilməsi, reanimasiya metodları, yoluxucu xəstəliklərin qarşısının alınması və müalicəsi, vaxtından əvvəl doğulan körpələrə “kenquru müalicəsi” kimi tanınan xidmət daxildir. Adətən uzun sürən “kenquru müalicəsi" vaxtından əvvəl doğulan körpənin uzun müddət anasının qucağında olması anlamına gəlir.
Xanım Geyts artıq belə metodlardan Efiopiya, Ruanda və Nepalda istifadə edildiyini və müəyyən nailiyyətlər əldə edildiyini deyir. “Sadəcə tibb işçilərinin sayını artırmaqla onlar uşaq ölümlərinin sayını azaltmağa nail olublar. Biz hazırda Afrika ölkələri ilə bu təcrübələri öyrənirik.”

Xanım Geyts son 6 ildə Efiopiyada yeni doğulan körpələrin ölüm hallarının 28 faiz düşdüyünü deyir.

Ana və 5 yaşadək uşaqların ölüm hallarının qarşısının alınmasında BMT-nin Minilliyin İnkişaf Məqsədləri proqramının böyük təsirləri olub. Buna baxmayaraq, BMT-nin açıqlamasında Hindistan, Nigeriya və Pakistan da olmaqla, Cənubi Asiya və Səhraaltı Afrika dövlətlərində hər il çox sayda yeni doğulan körpənin öldüyü deyilir.

Melinda Geyts deyir ki, ana ölümləri kimi yeni doğulan körpələrin ölümləri məsələsinə də diqqət yetirilməlidir. Ana ilə körpənin həyatı bir-birinə bağlı olsa da, xanım Geyts doğuş zamanı tibb işçilərinin əvvəlcə diqqəti ananın həyatının qorunmasına yönəltdiklərini deyir. “Onlar doğuş zamanı çox sayda ananın öldüyünü görüblər, buna görə də bütün diqqəti anaya yönəldirlər, arxayın olsunlar ki, ananın həyatı təhlükədə deyil. Bundan sonra onlar körpəni düşünürlər. Belə olanda da bəzən körpə tələf olur. Bir sıra ölkələrdə isə yanlış praktikalardan istifadə olunur. Uşaqların təmizlənməsi zamanı onlar infeksiyaya yoluxur.”
Xanım Geyts deyir ki, belə hallarda mamalar və tibb işçiləri eyni zamanda həm anaya, həm də körpəyə yardım etməli olduqlarını bilməlidirlər.






Britaniya jurnalı “Lancet”-də dərc olunan araşdırma göstərir ki, körpələrin həyatlarını xilas etmək həm də iqtisadi baxımdan sərfəlidir. Bu istiqamətdə xərclənən hər bir dollar gələcəkdə 9 dollar mənfəət gətirir.
XS
SM
MD
LG