Accessibility links

BMT nüvə agentliyi bildirir ki, İran müvəqqəti nüvə razılaşmasına riayət edərək zənginləşdirilmiş uran arsenalını əhəmiyyətli şəkildə azaldıb.

Yeni hesabatda Beynəlxalq Atom Enerjisi Agentliyi bildirir ki, İran yüksək dərəcəli uran qazı təchizatının 80 faizini neytrallaşdırıb.

Uranı yüksək dərəcədə zənginləşdirmək atom bombası istehsal etmək istiqamətində mühüm addım sayılır.

İran Qərbin onun atom bombası istehsalına can atması haqda ittihamlarını rədd edir. Lakin ötən il əldə olunmuş razılaşmada İran sanksiyaların qismən aradan qaldırılması müqabilində nüvə sahəsindəki fəaliyyətlərində güzəştlərə gedib.

Razılıq İranın üzərinə zənginləşdirilmiş uran arsenalını azaltmaq və neytrallaşdırmaq öhdəliyi qoyur.
XS
SM
MD
LG