Accessibility links

Brüsseldə “Yəhudi muzeyi”ndə hücum zamanı iki İsrail vətəndaşı öldürülüb


Brüsseldə şənbə günü muzeydə öldürülən üç nəfərdən ikisi İsrail vətəndaşlarıdır.

İsrailin Xarici işlər nazirliyinin sözçüsünün bildirdiyinə görə, Tel Əvivdə yaşayan 50 yaşlarında evli cüt Brüsselə turist kimi səfərdə edib.

Belçika rəsmiləri hücum zamanı üç nəfərin öldürüldüyünü bildirib.

Şübhəlilərdən biri dindirilmək üçün saxlanıb.

Rəsmilər hadisə yerindən uzaqlaşan daha bir şəxsin dindirilmək üçün axtarışda olduğunu bildiriblər.

Hücumun arxasında anti-semitizm motivlərinin olduğuna inanılır.
XS
SM
MD
LG