Accessibility links

Kolumbiyada prezident seçkisi keçirilir


Oskar İvan Zuluaqa (solda) və prezident Xuan Manuel Santos (sağda)
Oskar İvan Zuluaqa (solda) və prezident Xuan Manuel Santos (sağda)
Kolumbiya seçiciləri marksist partizanlarla danışıqların davam etdirilməsi, ya da 50 illik müharibəyə son qoyulması üçün hərbi əmliyyatların intesivləşdirilməsni müəyyən edəcək prezidenti seçmək üçün səs verir.

Dörd illik müddətinə ikinci dəfə seçilmək istəyən hazırkı prezident Xuan Manuel Santos FARC qrupundan üsyançılarla münaqişəyə son qoymaq üçün Kubada danışıqların davam etdirilməsi tərəfdarıdır.

Onun seçkidə başlıca rəqibi Oskar İvan Zuluaqa isə daha sərt mövqe tutaraq, danışıqları terrorçulara güzəşt kimi rədd edir.

İctimai rəy sorğuları göstərir ki, Kolumbiyada prezident seçkisində beş namizəd arasında bu iki əsas namizəd arasında fərq olduqca kiçikdir. Seçkinin ikinci turunun keçiriləcəyi gözlənilir.
XS
SM
MD
LG