Accessibility links

Barak Obama: Hökumətin vəzifəsi xalqı əzmək yox, onu yüksəltməkdir! [Video]


Barak Obama: Biz Polşada demokratiyanın qüdrətini görürük
please wait

No media source currently available

0:00 0:03:39 0:00

Barak Obama: Biz Polşada demokratiyanın qüdrətini görürük

“Biz burada demokratiyanın qüdrətini görürük: Vətəndaşlar öz səslərini ucaldır - qorxudan azad şəkildə. Biz burada siyasi partiyaların açıq və ədalətli seçkilərə qatıldığını görürük. Burada müstəqil məhkəmə qanun aliliyini təmin edir. Burada çiçəklənən mətbuat və vətəndaş cəmiyyəti var ki, liderləri cavabdeh tutur – çünki hökumətin vəzifəsi xalqı əzmək yox, onu yüksəltməkdir.”

Bu sözləri Polşada Azadlıq Gününü qeyd edən ABŞ Pezidenti Barak Obama Varşavanın Qəsr Sarayında bəyan edib. 25 il öncə polşalıların azad səsverməyə gedərək özlərinə sovet istibdadından bəri ilk demokratik hökumət seçmələrini qeyd edən cənab Obama azadlıq və demokratiya ideallarının təntənəsindən söz açıb.
Azadlıqla avtoritarizm, hürriyətlə istibdad və həmrəyliklə qeyri-tolerantlıq arasında əsrlər boy davam edən mübarizədə Polşann nailiyyətləri bizim azad xalqlar kimi dəyərləndirdiyimiz ideyaların təntənəsini göstərir.
Barak Obama, ABŞ Prezidenti


“Həmin iyun günündə sizin qələbəniz yalnız başlanğıc idi. Demokratiya təkcə seçkilər demək deyil. Əsl demokratiya, əsl firavanlıq, davamlı təhlükəsizlik - bunlar verilmir, yaxud kənardan gətirilmir. Bunlar qazanılmalı və içəridən qurulmalıdır. Azadlıqla avtoritarizm, hürriyətlə istibdad və həmrəyliklə qeyri-tolerantlıq arasında əsrlər boy davam edən mübarizədə Polşann nailiyyətləri bizim azad xalqlar kimi dəyərləndirdiyimiz ideyaların təntənəsini göstərir.”

Azad bazarın Polşaya bəxş etdiyi material nemətləri sadalayan Barak Obama Polşanı Amerikanın ən güclü və ən yaxın müttəfiqi adlandırıb.

Rusiyanın Ukraynaya təcavüzünü demokratik ideallara hücum kimi qiymətləndirən Prezident Obama Avro-Atlantik alyans dövlətlərinin ümumi dəyərləri paylaşdığını söyləyib.

“Liderlər ictimaiyyətin inamını doğrultmalı, korrupsiyaya qarşı mübarizə aparmalıdırlar, öz xalqlarından oğurlamalı deyillər,” deyə Prezident Obama demokratik idealların universal mahiyyət daşıdğını bildirib və bu ideyaları məhv etməyə çalşan qüvvələrə qarşı mübarizədə demokratik millətlərlə çiyin-çiyinə dayanacağını vurğulayıb.

Prezident Obama Birləşmiş Ştatların təkcə Polşanı deyil, həmçinin Estoniya, Latviya, Litva, Rumıniya kimi NATO müttəfiqlərini qorumaqda qətiyyətli olduğunu bəyan edib.

Liderlər ictimaiyyətin inamını doğrultmalı və korrupsiyaya qarşı mübarizə aparmalıdırlar, öz xalqlarından oğurlamalı deyillər.
Barak Obama, ABŞ Prezidenti
“Biz bu gün birlikdə dayanmışıq, çünki biz Varşava, Budapeşt, Praqa və Berlində azadlığa can atan insan ürəklərini hərəkətə gətirən ruhu tanıyırıq. Həmin ruh Minskdə, Karakasda, Dəməşqdə, Pxenyanda da dolaşır. Tbilisidən Tunisə, Ranqundan Fritaunadək o millətlər ki, demokrartiya qurmaq uğrunda əziyyətə qatlaşmağa hazırdırlar, onlara biz dayaq olacağıq,” deyə Barak Obama dünya xalqlarının demokratiya mücadiləsinə dəstək ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG