Accessibility links

Krımın Rusiya tərəfindən ilhaq edilməsinin ilk əlaməti kimi yarımada sakinləri McDonald’sın bağlanmasının şahidi oldular. Amerikada qərargahlanan restoran şəbəkəsi mübahisəli ərazidə fəaliyyət göstərməyin beynəlxalq qanunlara zidd olduğunu əsas gətirərək rus qoşunlarının zəbt etdiyi ərazidə əməliyyatları dayandırdı. Krımda qapılarını müştərilə üzünə bağlayan təkcə McDonald’s olmadı. Bu sırada müxtəlif növ Qərb bankları, yanacaqdoldurma məntəqələri və başqa korporasiya filialları da yer aldı.
McDonald’s şəbəkəsinin Yaponiyada 3,000-dən çox restoranı var.

McDonald’s şəbəkəsinin Yaponiyada 3,000-dən çox restoranı var.

Başqa şirkətlər bir kənara, McDonald’sın bağlanması mühüm siyasi nəzəriyyənin aktullığını gündəmə gərtirir. 1996-cı ildə New York Times qəzetinin yazarı Thomas Friedman “Qızıl Arkalar Nəzəriyyəsi” irəli sürmüşdü. İlk baxışdan gülməli görünən bu nəzəriyyəyə nin müəllifi müşahidə etmişdi ki, ərazisində McDonald’s olan iki dövlət bir-biri ilə müharibə aparmır. Əlbəttə McDonald’sın satdığı hamburgerlərin konkret sülhün qorunmasına töhfəsi elə də nəhəng deyil. Təsiri olan odur ki, McDonald’sın ölkədəki mövcudluğu onun qlobal iqtisadyyata bağlılığının göstəricisidir. Qlobal iqtiadiyyatın subyekti olan dövlətlər isə bir-birləri ilə müharibəyə getməkdən çəkinirlər, çünki istənilən müharibə gətirəcək qazancada qat-qat çox çıxar və dağıntı ilə müşayiət olunur ki, bu da həmin dövlətlərə sərf etmir.

Bir anlığa nəzərinizə McDonald’sın olmadığı ölkələri gətirin: İran, Suriya, Şimali Koreya, Kuba, Sudan, Zimbabve və s. Bu növ ölkələr bir qayda olaraq totalitar diktatura rejimi tərəfindən idarə olunur və beynəxalq sistemə hədə törədən ideologiyaya xidmət edirlər.

Bir anlığa nəzərinizə McDonald’sın olmadığı ölkələri gətirin: İran, Suriya, Şimali Koreya, Kuba, Sudan, Zimbabve və s. Bu növ ölkələr bir qayda olaraq totalitar diktatura rejimi tərəfindən idarə olunur və beynəxalq sistemə hədə törədən ideologiyaya xidmət edirlər. Şübhəsiz, nə beynəlxalq sistemlə, nə də bir-birləri ilə ticari təmasları olmayan belə ölkələr siyasi baxımdan radikal və bununla da müharibəyə daha meylli olurlar.

McDonald’sın mövcudluğu həmçinin ölkədə sabit orta sinfin mövcudluğundan xəbər verir. Restoranların rentabelliyi müəyyən müştəri bazası tələb edir. O yerdə ki, insanlar öz ailələri ilə hamburger yeməyə getmirlər yaxud gedə bilmirlər, orada güman ki, ifrat yoxsulluq yaşanır. Müharibə dağıdıcı fenomen olaraq tələf etməyə canlı kütlə axtarır. Orta sinfin geniş olduğu cəmiyyətlər müharibədən çəkinirlər. Hər halda McDondald’sda oturub dondurma kokteyli içmək səngərdə oturub həyatı hər an riskə qoymaqdan daha cəlbedici olur. Müharibə yoxsul cəmiyyətlərin məşğuliyyətidir.

Son vaxtlarda McDonald’s sülh nəzəriyyəsi çox tənqidlərlə üzləşib. Bəzi ekspertlər Rusiyanın Gürcüstana hərbi müdaxiləsini nəzəriyyənin iflası kimi dəyərləndirirlər. Belə ki, həm Rusiya, həm də Gürcüstanda müharibə başlanan vaxt McDonald’s var idi. Bundan əvvəl isə NATO-nun Serbiyanı bombalamasını əsas gətirən müşahdəçilər McDonald’sın Belqradda olmasının hərbi konfliktin qarşısını almadığını önə çəkirlər (yeri gəlmişkən NATO hücumları başlanandan dərhal sonra Serbiya paytaxtında Slobodan Miloseviç tərəfdarları tərəfindən dağıdılan ilk obyekt McDonald’s olmuşdu). Eləcə də Rusiyanın Ukrayna ilə hərbi qarşıdurmasını misal gətirmək olar.

McDonald’s ilk dəfə Bakıya 1999-cu ildə – Qarabağ müharibəsində atəşkəsin əldə edilməsindən 5 il sonra gəldi.

McDonald’s ilk dəfə Bakıya 1999-cu ildə – Qarabağ müharibəsində atəşkəsin əldə edilməsindən 5 il sonra gəldi.

Əlbəttə ki, köşə yazarı tərəfindən edilən sadə bir müşahidəni aksiom kimi qəbul edib onun hər zaman düzgün çıxacağını iddia etmək yaxud onu belə bir standarta qarşı müqayisə etmək sadəlöhvlük olardı. Bütün hallarda Friedmanın McDonald’s nəzəriyyəsi fundamental bir həqiqətə əsaslanır. Azad bazar sisteminə malik demokratiyalar – dünya iqtisadi şəbəkəsinin subyektləri olan müasir ölkələr – bir-biri ilə müharibəyə getməkdən təbii şəkildə çəkinirlər. Dövlətlər demokratik normalara nə qədər yaxın olurlarsa, müharibə ehtimalı bir o qədər azalmış olur. Ola bilsin ki, Suriya və Sudan kimi yerlərdə itirməyə heç nəyi olmayan insanlar bir-birlərinin qanına susasınlar, İran kimi beynəlxalq davranış qaydalarını rədd edən bir rejim insanları inşaat kranından assın, amma Fransa, Polşa, Macarıstan, Yaponiya kimi ölkələrdə – McDonald’sın olduğu ölkələrdə – həyata baxış fərqlidir. Onu da qeyd etmək lazımdır ki, istər Serbiyada, istər Gürcüstanda, istərsə Krımda münaqişənin nisbətən qansız və qısa keçməsinə səbəb münaqişə tərəflərinin qlobal iqtisadiyyata minimal da olsa müəyyən bağlılılğı idi. Bu bağlılıq olmasaydı, vəziyyət yəqin ki, qat-qat acınacaqlı olardı.

Bu arada dünyanın ən nəhəng fast-fud şəbəkəsi növbəti il ərzində 1600 yeni restoran istifadəyə verəcəyini xəbər verir. Dünya boyu 34,000 restorana malik korporasiya 2013-cü ilin son 3 ayında 1.4 milyard dollar xalis gəlir götürüb. Maraqlıdır ki, gəlir baxımdan McDonald’s ən yaxşı nəticələri bir-biri ilə uzun illərdir yola getməyən Hindistan və Pakistanda göstərir. Ümid etmək olar ki, qızıl arkalar bu cür başıbəlalı regionlarda təkcə hamburger satmaqla yox, həm də mühüm sülh missiyası həyata keçirməklə məşğuldur.

XS
SM
MD
LG