Accessibility links

Moskva Ukrayna böhranı üzündən ABŞ və Avropa İttifaqının ona tətbiq etdiyi sanksiyalardan şikayət edir.

Baş nazir Dmitri Medvedev Rusiyanın Dünya Ticarət Təşkilatına (DTT) sanksiyaların beynəlxalq qanunlara və DTT nizamnaməsinə zidd olması barədə “kommünike” göndərib. Cənab Medvedev rəsmi şikayətin yaxın günlərdə təqdim olunacağını bildirib.

Baş nazir eyni zamanda qeyd edib ki, Kremlin strategiyasının müvəffəq olacağı şansları azdır, çünki ABŞ DTT-də böyük nüfuza malikdir.

Qərb Rusiya liderlərinə və təşkilatlarına qarşı Krım ilhaq edildikdən sonra sanksiyalar tətbiq edib. Böyük Yeddilər o vaxtdan bəri Ukraynanın daxili işlərinə qarışmaqda davam edən Rusiyaya qarşı sanksiyaları gücləndirməyi nəzərdən keçirirlər.

Sanksiyalara şəxslərə qarşı visa qadağaları və Ukraynaya siyasi və iqtisadi təzyiqlərdə iştirakı güman edilən şirkətlərə qarşı cəzalandırıcı ölçülər daxildir. Bəzi rus şirkətlərinin Qərbdəki banklara çıxışları dondurulub. Visa və MasterCard qlobal kredit şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırıblar.
XS
SM
MD
LG