Accessibility links

Somalidə tanınmış jurnalist partlayış zamanı həyatını itirib


Somali rəsmiləri paytaxt Moqadişuda baş vermiş bomba partlayış zamanı tanınmış jurnaslit Yusuf Əhməd Abukarın həyatını itirdiyini bildirib.

Polisin verdiyi məlumata görə, bombanın jurnalistin maşınına yerləşdirildiyi ehtimal edilir.

Hadisə Yusuf Əhməd Abukar işə gedən zaman Moqadişunun Hamarveyne rayonunda baş verib.

Yusuf Keynan adı ilə də tanınan jurnalist Moqadişunun Mustaqbal FM stansiyasında işləyirdir. O, eyni zamanda, BMT-nin Keniyada qərargahlanan humanitar Erqo radio xidməti ilə də əməkdaşlıq edirdir.

Bomba partlayışına görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Polis bombanın məsafədən idarə edilərək partladıldığına inanır.

Moqadişu ölkədə Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbəb üsyançılarının hücumlarının hədəfi olub. Əl-Şəbəb Somalinin beynəlxalq ictimiayyət tərəfindən dəstəklənən zəif hökumətini devirmək uğrunda mübarizə aparır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG