Accessibility links

100 il bundan əvvəl Birinci Dünya müharibəsinin başlamasına təkan vermiş hadisələrin baş verdiyi Sarayevoda bu gün bu münasibətlə xüsusi tədbirlər keçirilib.

1914-cü ildə iyunun 28-də gənc serb Qavrilo Prinsip imperiyanın şəqr vilayətində işğalçı qüvvələri ziyarət etməyə gəlmiş Avstiya-Macarıstan taxtının vəliəhdi Frans Ferdinandı qətlə yetirmişdir.

Bir əsr sonra Sarayevo sakinləri Qavrilo Prinsipin Franz Ferdinanda atəş açdığı yerdə toplaşblar. Vyana filarmoniyasının ifasında Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Birinci və İkinci Dünya müharibələri zamanı 80 milyon avropalı həyatını itirmiş, Avstriya-Macarısran da daxil olmaqla dörd imperiya süquta uğramışdır.

XS
SM
MD
LG