Accessibility links

Şimali Koreya iki raket sınağı keçirib


Cənubi Koreya hərbi qüvvələrinin rəsmiləri Şimali Koreyanın BMT-nin qadağasını pozaraq ölkənin şərq sahilində orta mənzilli daha bir raket sınağı keçirdiyini bildirib.

Cənubi Koreyanın müdafiə nazirliyinin bildirdiyinə görə, Şimali Koreyanın şərq sahilindən buraxılan SCUD tupli raketlər 500 kilometr məsafə qət etdikdən sonra Yaopn dənizinə düşüb.

Tokio Pxenyanın raket sınağına ciddi etiraz bildirib. Lakin bununla belə Yaponiya hökuməti Şimali Koreya ilə Pekində çərşənbə axşamı gününə təyin olunmuş danışıqlarda iştirak edəcəyini bəyan edib. Soyuq müharibə dövrü Yaponiya vətəndaşlarının Şimali Koreya tərəfindən oğurlanması məsələsi danışıqların diqqət mərkəzində olacaq.

Bazar günü raket sınağı Şimali Koreyanın özünün bildirdiyi kimi, yüksək dəqiqliyə malik taktiki raketlərin test edilməsindən iki gün sonra keçirilib.

Şimali Koreyanın testi eyni zamanda Çin prezidenti Si Tzinpinin cümə axşamı günü Cənubu Koreyaya səfərindən öncəyə təsadüf edir. Səfər zamanı Çin prezidenti Cənubi Koreya prezidenti Pak Qın He ilə görüşəcək.

Bu, prezident Si Tzinpinin Koreya yarımadasına ilk səfəridir. Çin Şimali Koreyanın əsas müttəfidir, lakin bu, ilk dəfədir ki, son 20 ildə hakimiyyətdə olan prezidentin Şimala getmədən əvvəl Cənubi Koreyaya səfər edir.

Şimali Koreya Cənubi Koreya və Birləşmiş Ştatların tənqidləri, ya da iki ölkənin birgə hərbi təlimlərinə cavab olaraq raket sınaqları keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG