Accessibility links

İsrailin hərbi təyyarələri Fələstin ərazilərindən raketlərin atılmasından bir neçə saat sonra Qəzza zolağına havadan zərbələr endirib.

İsrail silahlı qüvvələri terror fəaliyyətləri obyektlərinin hədəf alındığı 12 hücumun keçirildiyi haqda məlumat verib. Fələstinli tibb işçiləri iki nəfərin yaralandığını bildirib.

Fələstinli yaraqlılar İsrailin cənub bölgələrinə cümə və şənbə günü günləri raketlər atıb. Raketlərdən biri Sderot şəhərində fabrikə düşərək yanğına səbəb olub.

İsrail silahlı qüvvələri iyun ayının əvvəlindən Qəza zolağında yaraqlıların İsrail ərazisinə 60-dan çox raket atdığını bildirib.

Tərəflər arasında gərginlik iyunun 12-də İordan çayının Qərb sahilində israilli iki yeniyetmənin itkin düşməsindən sonra artıb.

İsrail yeniyetmələrin axtarışı əməliyyatları zamanı Həmas qrupunun yüzlərlə üzvünü həbs edib. Həmas onların itkin düşməsi ilə heç bir əlaqəsi olmadığını bildirib.

XS
SM
MD
LG