Accessibility links

2012-ci ildə ABŞ-ın Benqazidə konsulluğuna hücumun təşkilində ittiham edilən Əhməd Əbu Xatalla şənbə günü Vaşinqtonda federal məhkəmədə özünü müqəssir tanımayıb.

Yüksək təhlükəsizlik şəraitində keçən 10 dəqiqəlik dinləmə zamanı Əbu Xatalla prosesi ərəb dilində tərcüməçi vasitəsilə dinləyib.

Birləşmiş Ştatlar Əbu Xatallanın 2012-ci ildə sentyabrın 11-i Liviyanın Benqazi şəhərində ABŞ səfiri Kris Stivens və daha üç Amerika diplomatının ölümülə nəticələnmiş hücumun təşkilində ittiham edir.

Bu cinayətə görə ömürlük həbs cəzası nəzərdə tutulur, lakin ABŞ hökumətinin ölüm cəzasının verilməsinə gətirib çıxara biləcək əlavə ittihamlar irəli sürməyi planlaşdırır.

Əbu Xatalla məhkəmə qarşısına çərşənbə günü çıxarılacaq.

XS
SM
MD
LG