Accessibility links

İraq hərbi qüvvələri Tikrit uğrunda şiddətli döyüşlər aparır


İraqın hərbi təyyarələri ölkənin şimalında Tikrit şəhərinin nəzarətini sünni ekstremistlərdən geri almaq üçün keçirilən əməliyyatın bir hissəsi olaraq üsyançıların mövqelərini bombalayıb

Hərbi qüvvələrin rəsmiləri genişmiqyaslı əməliyyatın şənbə günü sünni ekstremistlər və İraqın xüsusi təyinatlı qüvvələri arasında şiddətli döyüşlə başladığını bildirib. İraqı tankları quruda hücuma keçdiyi zaman hərbi vertolyotları havadan ekstremistlərin mövqelərini atəşə tutub.

İraq hərbi qüvvələrinin sözçüsü ordunun şəhərin şimal hissəsində yerləşən Tikrit universitetinin nəzarətini tam ələ keçirdiyini bildirib.

İraq hökuməti Rusiyadan işlənmiş döyüş təyyarələri aldığını bildirib.

İraq hərbi qüvvələri islamçı ekstremistlər Bağdada yaxınlaşana qədər paytaxt yaxınlğında ölkənin qərb və cənub bölgələrini birləşdirən şosse yolunda təhükəsizliyin gücləndirildiyini bildirib.

Hərbi qüvvələrin sözçüsünün bildirdiyinə görə, bazar günü İraq və Suriyada İslam Dövləti (İŞİD) qrupunun döyüşçülərinin şosse yolunda olduğu qeydə alınmayıb.

İraq qüvvələrinin hücumu Birləşmiş Ştatlar rəsmilərinin ABŞ hərbi qüvvələrin Amerikanın hərbi kontingentinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə İraqın hava hövzəsinə pilotsuz təyyarələr göndərdiyini deməsindən sonra başlayıb.

Birləşmiş Ştatlar administrasiyası bu ayın əvvəli hökumət qüvvələrinə dəstək və sünni ekstremislərə qarşı birgə əməliyyat mərkəzinin yaradılmasına kömək məqsədilə Amerikanın 300 hərbi müşavirlərini İraqa göndərib.

XS
SM
MD
LG