Accessibility links

Elm

Qarışqaların sirri [Video]


Braziliya meşələrində yaşayan qarışqalar daşqına meyilli ətraf-mühitə mükəmməl uyğunlaşıblar. Özlərini boğulmaqdan xilas etmək üçün, onlar ayaqlarını bir-birinə keçirərək 20 sm genişliyində üzən bərə meydana gətirirlər.

Mexanika üzrə mühəndis Deyvid Hu bildirir ki, qarışqalar bir-birlərinə necə kip bağlanmalarını bilirlər.

Deyvid Hu: Siz təsəvvür edin, sizing 100 qarışqanız var və bu 600 ayaq deməkdir. Bu ayaqların 99 faizi yanındakına bağlanacaq ki, bu onların bu şəbəkəni necə yaxı idarə etdiyini göstərir.

Onların mühəndislik qabiliyyətini kəşf etmək üçün, Hu və onun Corcia Texnologiya İnstitutunundakı həmkarları qarışqa bərəsini donduraraq onları skanner vasitəsi ilə təhlil edib.

Onlar böyük qarışqaların mərkəzdə fəaliyyət göstərdiyini, kiçiklərin isə onlardan tutaraq hava torbaları meydana gətirərək su üzərində qalmalarını təmin etdiyini müəyyən ediblər.

Alimlər deyir ki, özlərini konfiqurasiya edə bilən kiçik robotlar və ya qabaqcıl cihazlar eyni şəkildə proqramlaşdırıldıqda ortaq hədəf naminə çalışa bilərlər.

Şimali Karolina Dövlət Universitetinin araşdırmaçıları Hindistan qarışqalarının kraliçaları liderləri öldükdə yeni lideri necə seçdiklərini öyrənməyə çalışırlar.

Araşdırmaçı Klint Penik deyir ki, adi işçi olan bütün qadın qarışqalar turnir şəklində döyüşlər başladırlar. Qarışqaları asan seçilməsi üçün rənglərlə kodladıqdan sonra Penikin komandası bəzi işçi qarışqaların fiziki olaraq üstün olduqlarını görüblər. Və bu müəyyən hormonların fəaliyyətə keçməsi deməkdir.

Klint Penik: Bir neçə gün içərisində biz beyindəki dopamində dəyişikliklər görürük ki, bu həmin işçilərdə törəmə ilə əlaqəlidir.

Qalib gələn qarışqa yumurta qoymaq üçün yumurtalıq inkişaf etdirməyə başlayır. Eyni zamanda onun beyninin həcmi kiçilir və bütün enerjisini reproduksiyaya həsr edir. Onun boyu uzanır və ömrü 3 dəfə artır.

Alimlər bu davranışların və sinir hormonlarının buraxılmasının genetik olduğunu deyir. Onlar yeni kəşflərin tədqiqatçılara insanlarda hormonlar və genlər arasındakı nisbəti anlamağa kömək edəcəyini düşünür.

XS
SM
MD
LG