Accessibility links

Rauf Mirqədirov atasının 40 mərasiminə buraxılmır


Rauf Mirqədirov

Rauf Mirqədirov

Müstəntiq İbrahim Ləmbəranski vəkillərin məktubunun ona çatmadığını deyir

"Zerkalo” qəzetinin jurnalisti, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Rauf Mirqədirovun atası Həbibulla Mirqədirovun 40 mərasiminə buraxılıb-buraxılmayacağı qeyri- müəyyən olaraq qalır.

Vəkil Elmar Süleymanov Amerikanın Səsinə bildirib ki, müstəntiq İbrahim Ləmbəranski vəkillərin məktubunun ona çatmadığını deyib.

“Bu ola bilməz. Çünki biz Raufu atasının 40 mərasiminə buraxılması üçün baş prokuror, baş prokurorun birinci müavini, milli təhlükəsizlik nazirinə iki dəfə məktub göndərmişik. Ola bilməz ki, məktublar ünvana çatmasın. Görünür, buraxmaq istəmirlər”, vəkil deyib.

Rauf Mirqədirov Türkiyədən deportasiya edildikdən sonra aprelin 19-da həbs edilib. O, Ermənistanın xeyrinə casusluqda ittiham olunub. Aprelin 21-də məhkəmə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbirini seçib.

Jurnalist ittihamı absurd sayaraq ifadə verməkdən imtina edir.

XS
SM
MD
LG