Accessibility links

Ukrayna qüvvələri səmada vurulmuş hərbi yük təyyarəsinin ekipajını axtarırlar. İnsident hökumət qüvvələri ilə separatçıların toqquşduqları Ukrayna-Rusiya sərhədində baş verib.

Rusiya xəbər agentliyi İnterfaks xəbər verir ki, separatçılar Karsnodonda Antonov-24 təyyarəsinin uçuş heyətini dindirirlər.

Rusiyapərəst separatçılar təyyarəni vurduqlarını deyirlər, amma Ukrayna rəsmiləri təyyarənin çox yüksəkdən uçduğunu və separatçıların onu vurmaq iqtidarında olmadığını deyərək raket hücumunun Rusiyadan qaynaqlandığını bildirirlər. Moskva hadisə ilə bağlı reaksiya verməyib.

Mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası sözçüsü Andriy Lısenko son günlər Rusiyanı regionda vəziyyətin eskalasiyasında günahlandırıb.

"Gün ərzində dəfələrlə rusiyalı döyüşçülər və zirehli texnika sərhədi keçməyə cəhd göstərir. Bu cəhdlərin hamısına Rusiya sərhəd qüvvələri yardımçı olurlar. Hökumət qüvvələrinin mövqeləri Rusiyadan atəşə məruz qalır,” deyə o, bildirib.

Ölkənin şərqini separatçılarıdan təmizləməyə çalışan Ukrayna qüvvələri hazırda 428,000 əhalisi olan Luhansk uğrunda mübarizə aparırlar.

XS
SM
MD
LG