Accessibility links

Vladimir Putin tərəfləri atəşkəsə çağırır


Brazil BRICS Summit

Brazil BRICS Summit

Dünya ictimaiyyəti Malayziya təyyarəsinin şərqi Ukraynada vurulmasına reaksiya verirkən, Rusiya prezidenti münaqişə tərəflərini təcili atəşkəsə çağırıb. Bu arada Rusiyanın xarici işlər naziri Rusiyanın Ukraynadan qaynaqlanan minamyot atəşlərinə cavab verilə biləcəyi haqda xəbərdarlıq edib.

"Bizim mövqeyimiz budur ki, Ukraynada tezliklə sülh bərqərar olmalıdır, və münaqişə tərəfləri arasında mümkün qədər tez birbaşa təmas qurulmalıdır," deyə Vladimir Putin cümə günü bildirib.

Ukraynanın təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalyavçenko iddia edir ki, separatistlər arasında danışıqların kəşfiyyat yazısı göstərir ki, Malayziya təyyarəsini vurmaq üçün istifadə olunan "Buk" anti-hava raketi sistemini hücumdan öncə Ukrayan ərazisinə daxil olmuş üç Rusiya hərbi qulluqçusu idarə edib.

ABŞ rəsmiləri də deyirlər ki, təyyarə yer-hava tipli raketlə vurulub. ABŞ-ın BMTdəki səfiri Samantha Power raket sisteminin şərqi Ukraynada separatistlərin nəzarət olduğu ərazidə yerləşdiyinin güman edildiyini bildirib. O, hücumçuların Rusiyadan texniki yardım aldıqlarını istisna etməyib.

Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov dövlət televiziyasında bəyan edib ki, Rusiya onun ərazisinə atəş açıldığı halda Ukraynada ərazisində yerləşən atəş mövqelərini susdurmaq üçün hərbi zərbələr endirə bilər.

XS
SM
MD
LG