Accessibility links

ABŞ Prezidenti: Rusiya və Putin təhqiqata maneçiliyə son qoymalıdır


ABŞ prezidenti Barak Obama Ağ Evdə bəyanat verir. 21 iyul, 2014.
ABŞ prezidenti Barak Obama Ağ Evdə bəyanat verir. 21 iyul, 2014.

ABŞ prezidenti Barak Obama Moskvanı öz nüfuzundan istifadə edərək beynəlxalq təhqiqatçılara işlərini görməyə imkan vermək üçün Rusiyapərəst separatçılara təzyiq göstərməyə çağırıb. Ağ Evdə çıxış edən ABŞ lideri ötən həftə Ukrayna səmalarından vurulan Malayziya təyyarəsinin qurbanlarına və qəza məkanına çıxış əldə edilməsinin vacibliyini vurğulayıb.

Cənab Obama bildirib ki, həqiqət aşkara çıxarılmalıdır və beynəlxalq təhqiqatçı heyətlərinin əraziyə girişinə qoyulan qadağalar aradan qaldırılmalıdır.

Prezident deyib ki, Rusiyanın himayə etdiyi separatçılar qaba şəkildə cəsədləri qəza yerindən çıxarırlar. Barak Obama əlavə edib ki, onların hərəkətləri MH17 reysində əzizlərini itirmiş adamlara təhqirdir.

ABŞ prezidenti deyib ki, təhqiqata törədilən maneçliyə son qoyulmasının məsuliyyəti Rusiya və prezident Vladimir Putinin üzərinə düşür.

Ukraynada gəlmiş hollandiyalı təhqiqatçılar separatistləri vaqonlara doldurulmuş cəsədləri təhvil verməyə çağırıblar. Həmin vaqonlar hazırda separatçıların nəzarət etdiyi qəza məkanından 15 kilometr məsafədə Torez qəsəbəsində yerləşir.

Rusiyanın himayə etdiyi hərbi dəstələrin qəza məkanında təhqiqata maneçlikləri və pozucu hərəkətləri beynəxlalq ictimaiyyətdə qəzəb doğurmaqdadır.

XS
SM
MD
LG