Accessibility links

BMT Təhlükəsizlik Şurası Malayziya təyyarəsinin vurulmasını pislədi


BMT Təhlükəsizlik Şurasının üzvləri Malayziya təyyarəsində həyatlarını itirmiş adamların xatirəsini bir dəqiqəlik sükutla yad edirlər.

BMT Təhlükəsizlik Şurasının üzvləri Malayziya təyyarəsində həyatlarını itirmiş adamların xatirəsini bir dəqiqəlik sükutla yad edirlər.

BMT Təhlükəsizlik Şurası bazar ertəsi 298 adamın ölümü ilə nəticələnən Malayziya təyyarəsinin vurulmasını pisləyən qətnaməni yekdilliklə qəbul edib. Qətnamədə Rusiyapərəst separatçılardan təhqiqatçılara qəza zonasına çıxşı dərhal təmin etmək tələb olunur.

Avstraliya xarici işlər naziri Culi Bişop qətnaməni bu “murdar hərəkətə” tutarlı cavab adlandırıb.

Rusiyapərəst separatçıların vurduqları güman edilən təyyarədə 37 Avstraliya vətəndaşı olub. Ukrayna rəsmiləri, eləcədə də ABŞ və Avropa ittifaqı təyyarənin 17 iyulda yer-hava tipli raketlə vurulduğunu deyirlər.

İntensiv beynəlxalq təzyiqlərin ardınca Kremlin himayə etdiyi separatçılar cəsədlərlə dolu qatarın Ukrayna hökumətinin nəzarətində olan Xarkov şəhərinə yolanmasına icazə veriblər. Cəsədlər qəzada ən çox vətəndaşını itirmiş Hollandiyaya təhvil veriləcək.

XS
SM
MD
LG