Accessibility links

Elyaz Yekənli: İnsanlarımızı qırğına verdilər [Video]


Elyaz Yekənli İran-İraq müharibəsi haqda xatirələrini bölüşür
please wait

No media source currently available

0:00 0:06:07 0:00

Elyaz Yekənli İran-İraq müharibəsi haqda xatirələrini bölüşür

Bu, iki diktator arasında ideoloji müharibə idi, Azərbaycan xalqına heç bir dəxli yox idi, deyə güneyli fəal Amerikanın Səsinə müsahibədə İran-İraq müharibəsini səciyyələndirir. ABŞ paytaxtı Vaşinqton civarında mühacirətdə yaşayan Elyaz Yekənli deyir ki, əksər Azərbaycan türkləri Xomeyni hökumətinin təbliğatına uyaraq cəbhədə düşmən gülləsinə tuş gəlirdilər. Onlar Azərbaycan uğrunda yox, Xomeyninin ideologiyası uğrunda savaşırdılar.

Hər gün yas idi, hər gün ağlaşma idi. Bu müharibə uşaq olaraq çoxlarında psixoloji pozğunluq yaratdı.
Elyaz Yekənli

Güneyli fəalın sözlərinə görə müharibə başlayanda İslamçı rejim ölkədə hələ yenicə təşəkkül tapmışdı. Azərbaycan türkləri müharibə haqda son dərəcə məhdud təsəvvürə malik idilər. Çoxları hərbi münaqişənin nə üstə getdiyini anlamırdı. İslamçı dəstələr xalq arasında propaqanda aparır, onların beyinlərini sərsəm rəvayətlərlə doldururdular.

Xomeyni hökuməti xalqı inandırmağa çalışırdı ki, döyüş meydanında həlak olanlar şəhid olub cənnətə düşəcəklər. Bu yolda minlərlə gənc öz həyatını itirdi. “Hər gün bizim kənddə yas idi, ağlaşma idi,” deyə cənab Yekənli həmin günlərin ağrı-acısını xatırlayır.

Molla əsgərlərə ideoloji təlim verir
Molla əsgərlərə ideoloji təlim verir

Elə məqamlar olurdu ki, güneyli türklər İraq türkmənləri ilə üz-üzə gəlir, bir-birlərinə güllə atırdılar. Çoxu heç anlamırdı ki, cəbhənin qarşı tərəfində də müharibəyə türklər cəlb olunub. İran hökumətinin bütün müharibə siyasəti insanların savadsızlığına, məlumatsızlığına əsaslanırdı, deyə Yekənli müşahidə edir.

“Müharibə dönəmində dəhşətli qıtlıq var idi, ərzaq tapılmırdı. İnsanlar yoxluqdan əziyyət çəkirdilər,” deyə güneyli fəal bildirir. Onun sözlərinə görə müharibənin sonunda Azərbaycan türkləri verdikləri qurbanların müqabilində heç bir hüquq əldə etmədilər və mədəni-siyasi durumları daha da pisləşdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG