Accessibility links

Separatçılar Ukraynanın iki təyyarəsini vurdular


Ukrayna hava qüvvələrinə məxsus Suxoy Su-27 təyyarəsi

Ukrayna hava qüvvələrinə məxsus Suxoy Su-27 təyyarəsi

İçərisində 298 sərnişin olan Malayziya təyyarəsi vurulduqdan altı gün keçmiş, iki Ukrayna qırıcı təyyarəsi ölkənin şərqində vurulub.

Ukrayna Xarici İşlər Nazirliyi təyyarələrin Savur Mogila qəsəbəsi yaxınlığında 5,200 metr hündürlükdə vurulduqlarını xəbər verir. Rusiya ilə sərhəddə yerləşən bu ərazi hökumət qüvvələri ilə separatçılar arasında toqquşmalara səhnədir.

Pilotların təyyarədən atıldıqları güman edilir, amma onların durumu haqda məlumat əldə yoxdur.

Pentaqon sözçüsü Stiv Uorren bildirib ki, Vaşinqton çərşənbə günü vurulmuş qırıcı təyyarələrin taleyi haqda əlavə məlumat əldə etmək üçün Kiyevlə işləyir.

Uorren bildirib ki, Vaşinqton Rusiyanın separatçılara havadan müdafiə sahəsində təlim keçdiyini və onları silahlandırdığını bilir. Bu üzdən də Rusiya şərqi Ukraynada baş verənlərə görə məsuliyyət daşıyır.

Uorren bildirib ki, Pentaqon ukraynalılara yadımçı olmaq üçün yaxın həftələrdə nümayəndə heyəti göndərəcək, hərçənd ki, yardımın ölçüsü və miqyası bəlli deyil.

Separatçılar təyyarələrin vurulması üçün məsuliyyəti öz üzərlərinə götürüblər. Lakin Ukrayna Milli Təhlüksizlik və Müdafiə Şurasının sözçüsü Andriy Lısenko hücumun Rusiyadan qaynaqlana biləcəyini deyib.

XS
SM
MD
LG