Ukrayna parlamentində hakim koalisiyanın parçalandığı bir məqamda baş nazir Arseniy Yatsenyuk istefa verdiyini elan edib.
Cənab Yatsenyuk bu haqda bəyanatı iki siyasi partiyanın hakim koalisiyadan çıxmasından bir neçə saat sonra verib.
Prezident Petro Poroşenko qanunvericiləri alqışlayaraq onların atdıqları addımın Ukrayna xalqının iradəsini əks etdirdiyini söyləyib.
Prezident Viktor Yanukoviçin devrilməsindən bəri Ukraynada parlament seçkiləri keçirilməyib. Cənab Poroşenko yeni seçkilərədək parlamenti məhsuldar çalışmağa çağırıb.
Bu arada milli təhlükəsizlik idarəsinin sözçüsü Rusiya qüvvələrinin şərqi Ukraynada hökumət qüvvələrinə qarşı bir neçə istiqamətdən hücuma keçdiyini xəbvər verir. Polkovnik Andriy Lısenko deyir ki, Rusiya ərazisində yerləşən ordu bölmələri separatçılarla savaşan Ukrayna hərbi qüvvələrini atəşə tutur.