Accessibility links

Mali prezidenti Əlcəzair təyyarəsinin qalıqlarının aşkar edildiyini deyir


Mali prezidenti İbrahim Bubakar deyir ki, təhqiqatçılar Burkina Fasodan Əlcəzairə uçan Air Algerie təyyarəsinin qalıqlarını aşkar ediblər.

Cənab Keyta bildirir ki, qalıqlar Malinin iki səhra regionları olan Aquelhok və Kidal arasında aşkar edilib. O, bu haqda bəyanatı paytaxt Bamakoda görüş zamanı verib.

Burkina Fasodan Əlcəzairə yola düşən təyyarə yoxa çıxıb. 116 sənişinli təyyarə son dəfə radarda havaya qalxmasından 38 dəqiqə sonra Malinin Qao şəhəri üzərində qeydə alınıb.

Reuters xəbər agentliyi Burkina Fasonun nəqliyyat naziri Jan Bertin Oudraqoya istinadən bildirib ki, təyyarə hava şəraitinə görə istiqamətinin dəyişdirilməsini istəyib.

Təyyarənin axtarışına Qərbi Afrika Respublikasındakı Fransa bazasından döyüş təyyarələri qoşulub. Fransanın xarici işlər naziri Loren Febye müxbirlərə bildirib ki, təyyarənin izləri tapılmayıb və onun qəzaya uğradığı ehtimal edilir.

Qao 2012-ci ildə Əl-Qaidə ilə əlaqəsi olan islamçılar tərəfindən ələ keçirilmişdi. Mali hökuməti Fransa qüvvələrinin yardımı ilə ötən il şəhərin nəzarətini geri alıb. Lakin yaraqlılar hökumət və Fransa qüvvələrinə qarşı hücumlarını davam etdirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG