Accessibility links

ABŞ Konqresmenlərinin Bakı səfəri tənqid hədəfində


2013-cü ilin mayında Bakıya səyahət edən ABŞ Konqresi üzvlərinin siyahısı
2013-cü ilin mayında Bakıya səyahət edən ABŞ Konqresi üzvlərinin siyahısı

Texasda qərargahlanan Houston Chronicle (Hyuston Xronikası) qəzeti ABŞ qanunvericilərinin lobbiçilərin maliyyə vəsaitləri hesabına Bakıya səyahət etməsini sərt tənqid edən araşdırıcı yazı dərc edib. 10 Konqres üzvünün və onların 35 yardımçısının Azərbaycan paytaxtına səfərini detallayan Will Tucker və Lise Olson baş verənlərdə mümkün qanun pozuntularının qeydə alındığını vurğulayır.

Bakıya getmiş qanunvericilər və gəlirsiz təşkilat nümayəndələri korporativ sponsorlar haqda məlumat verməli idilər.
Ken Boehm, Milli Hüquq və Siyasət Mərkəzi

Söhbət sabiq senator Riçard Luqarın da qatıldığı 2013-cü ilin may ayında Heydər Əliyev mərkəzində təşkil olunan konfransdan gedir. Müəlliflər yazırlar ki, səfərin təşkilinin məqsədi ABŞ qanunvericilərinə çıxış əldə etmək və konkret olaraq Şah Dəniz layihəsini İrana qarşı ABŞ sanksiyalarından istisna etmək idi.

Bakıya səfərdən iki ay sonra, səsverməyə bir gün qalmış Konqresdə sanksiyalarla bağlı təqdim olunan qanun layihəsində Şah Dənizi istisna edən müddəa peyda oldu və səsvermədən keçdi. Bu, son anda baş verən dəyişikliyə kimin sponsorluq etdiyi aydın deyil, deyə yazıda bildirilir.

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR öz neft məhsullarını dünya bazarına çıxarmaq üçün özünə amerikalı müttəfiqlər qazanmaqdan ötrü Vaşinqtonda çoxlu pul xərcləyir. Houston Chronicle qəzeti əməkdaşlarının topladığı dəlillər göstərir ki, Bakıda təşkil olunan “ABŞ-Azərbaycan: Gələcək üçün Baxış” başlıqlı konfransda lobbiçilər və enerji şirkətləri fəal iştirak ediblər.

Bakı səfərinin pulunu kimlər verib?
Bakı səfərinin pulunu kimlər verib?

ABŞ-da qərargahlanan türk təşkilatlarının hesabına Bakıya yollanan konqresmenlərdən dördü öz həyat yoldaşlarını yaxud nişanlılarını özləri ilə aparıblar.

Qanunvericilərin keçmişdə xarici pul hesabına istirahət məkanlarına getmələri ilə bağlı skandallar 2008-ci ildə Nümayəndələr Palatasında islahatlara gətirib çıxardı. Lobbiçilərə və korporasiyalara ABŞ qanunverciləri üçün xaricə səfər təşkil etmək qadağan olundu. Lakin xarici hökumətlər və korporasiyalar hələ də bu işləri görə biləcək gəlirsiz qeyri-hökumət təşkilatlarına pul verməkdə azaddırlar.

Qəzetin yazdığından belə məlum olur ki, ABŞ konqresmenlərinin Bakıya səfərini təşkil etmək üçün Hyuston, Çikaqo, Atlanta, Vaşinqton, və Nyu York şəhərlərində qərargahlanan və Türkiyə ilə bağlı fəaliyyət göstərən beş qurumdan vasitəçi qismində istifadə olunub.

Konqresmen Bakıda lobbiçilik fəaliyyətinin hədəfi olduğuna inanmır. Onun nəzərində bu tədbir informativ xarakter daşıyırdı.
Shaylyn Hynes, Texaslı konqresmen Ted Poe-nun sözçüsü

“Bakıya getmiş qanunvericilər və gəlirsiz təşkilat nümayəndələri korporativ sponsorlar haqda məlumat verməli idilər,” deyə sənədləri nəzərdən keçirən Konqres etikası üzrə ekspert Ken Boehm bildirir. Bu qurumların vebsaytlarında sponsorları və bannerləri gördükdən sonra belə onların bunu etməməsi etika qaydalarını pozmuş ola bilər.

“Korporativ sponsorların ödənişli şəkildə məsələdə iştiraklarını etiraf etməsindən sonra Nümayəndələr Palatasında səfərdən öncə tələb olunan anketi dolduran və saxta şəkildə belə bir sponsorluğun olmadığına təminat verən adamın işi bitir.”

Qalmaqlada adları hallanan ABŞ qanunvericilərinin bəziləri – Steve Stockman və Sheila Lee Jackson - qəzetin sorğularına cavab verməkdən imtina edib. Ted Poe və Michelle Lujan Grishamın ofisləri isə onların Azərbaycanda hansısa lobbiçilik fəaliiyyətinə cəlb olunmadıqlarını bildirir.

Araşdırmanın ingiliscə tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.houstonchronicle.com/news/houston-texas/houston/article/Lawmakers-trips-to-Baku-conference-raise-eithics-5649142.php

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG