Accessibility links

“Korporasiyaların konqresmenlərin səfərini maliyyələşdirməsi qeyri-qanunidir.”


Lise Olsen, Houston Chronicle qəzetinin müxbiri

Lise Olsen, Houston Chronicle qəzetinin müxbiri

Texasda qərargahlanan Houston Chronicle (Hyuston Xronikası) qəzeti ABŞ qanunvericilərinin lobbiçilərin maliyyə vəsaitləri hesabına Bakıya səyahət etməsini sərt tənqid edən araşdırıcı yazı dərc edib. 10 Konqres üzvünün və onların 35 yardımçısının Azərbaycan paytaxtına səfərini detallayan Will Tucker və Lise Olson baş verənlərdə mümkün qanun pozuntularının qeydə alındığını vurğulayır. Məqalənin müəlliflərindən olan Lise Olsen yazı ilə bağlı Amerikanın Səsinə müsahibə verib.

Amerikanın Səsi: Xanım Olsen, Siz bu günlərdə Houston Chronicle qəzetində ABŞ Konqresi üzvlərinin 2013-cü ilin mayında Bakıya səfəri haqda araşdırma dərc etmisiniz. Bu səfərdə siz Azərbaycan hökumətinin lobbiçilik səyləri ilə qanunvericilər arasında müəyyən təmas nöqtələri aşkar etmisiniz. Bu araşdırmaya nə səbəb oldu? Necə başladı?

Lise Olsen: Biz bu səfərin iştirakçısı olmuş konqresmen Steve Stockmanın deklarasiyaları ilə bağlı boşluqlar və problem üzərində araşdırma aparırdıq. Steve Stockman bu səfərə başqa doqquz konqresmenlə birlikdə yollanmışdı. Odur ki, biz bu səfərə yenidən nəzər salmaq qərarına gəldik və görmək istədik ki, niyə başqa konqresmenlər Bakıya gediblər və bu səfər barədə nə aşkar edə bilərik.

Amerikanın Səsi: Sizin araşdırma zamanı qarşılaşdığınız ən mühüm, ən narahatedici məqam hansı idi?

İnanmaq çətindir ki, onlar pulu bir ciblərinə qoyub başqa cibdən xərcləyə və bunu təmiz və etik qaydada həyata keçirə bilərlər

Lise Olsen: Bu səfəri maliyyələşdirən qurum prinsipcə gəlirisiz təşkilat olan və Hyustonda qərarghalnanan Turkaz Şurası idi. Onlar səfərdən öncə anketləri doldurarkən burada lobbiçi, yaxud korporativ pulların olması haqda məlumat verməmişdilər. Bu dəlilləri biz səfərin proqramı, konfransdan fotolar kimi sənədlərdə aşkar etdik. Bu tədbirin sponsoru iri korpotariasyalar və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) idi. Təşkilatçılar hələ də səfər üçün korporativ puldan istifadə etdiklərini danırlar. Amma inanmaq çətindir ki, onlar pulu bir ciblərinə qoyub başqa cibdən xərcləyə və bunu təmiz və etik qaydada həyata keçirə bilərlər.

Amerikanın Səsi: Konqres üzvləri etik qaydaları pozduqlarını inkar edirlər. Onlar deyirlər ki, səfər informativ xarakter daşıyırdı. Bu araşdırmanın müəllifi kimi siz necə düşünürsünüz?

Lise Olsen: Əvvəla onu qeyd etmək lazımdır ki, bu səfərə çıxmış 10 konqresmendən yalnız beşi bizim sorğularımıza cavab verib. Bunu da onların çoxu öz sözləri vasitəsilə ediblər. Bu məqalə dərc olunanadək, onların heç də hamısı bizim aşkar etidklərimiz haqda məlumatlı deyildi. İndi ki, onlar bizim bildiklərimizi bilir, biz onları yenidən sorğuya cəlb edəcəyik. Görək nə deyirlər. İnanmaq çətindir ki, bu səfərə çıxan Konqresmenlər şüarları, vebsaytı, proqramı görüblər və SOCAR və korporasiyaların bu səfəri təşkil etməsindən tam bixəbər olublar.

Amerikanın Səsi: ABŞ qanunvericilərinin Azərbaycan hökuməti kimi xarici hökumətlər tərəfindən lobbi edilməsi nə dərəcədə ciddi məsələdir?

Lise Olsen: Azərbaycan hökuməti üçün lobbi fəaliyyəti sərgiləmək leqaldır – nə qədər ki, bu, ABŞ-da baş verir və qeydiyyatdan keçir. Xaricdə də lobbiçilik olar. Konqresmenin lobbi edilməsi qanuna zidd deyil. Ancaq korporasiyaların konqresmenə öz layihələrini təşviq etmək üçün onun səfərini maliyyələşdirməsi qanuni deyil. Bu qeyri-leqaldır.

XS
SM
MD
LG