Accessibility links

Azərbaycan artıq Beynəlxalq Aviasiya Təhlükəsizliyi Dəyərləndirməsi proqramını tamamlayıb və 1-ci kateqoriyaya daxil olan ölkə statusunu qazanıb ki, bu da ona ABŞ-a birbaşa uçuşlar təşkil etməyə imkan verir, deyə ABŞ Nəqliyyat Departamentinin sözçüsü bildirib. Amerikanın Səsinin suallarını cxavablandıran Keytlin Harvi ABŞ və Azərbaycan hökumətlərinin hazırda “Açıq Səmalar” adlı hava nəqliyyatı razılığı üzərində işləydiklərini deyir.

Amerikanın Səsi: Azərbaycan mediası yaxın gələcəkdə Bakı ilə Nyu-York arasında birbaşa uçuş reyslərinin başlayacağı haqda yazır. Bu məlumatı təsdiqləmək olarmı? ABŞ-la Azərbaycan arasında birbaşa uçuşlar olacaqmı?

Keytlin Harvi: 2014-cü ilin mayında ABŞ Nəqliyyat Departamenti Azərbaycan Hava Yollarına (AZAL) xarici avialayner imtiyazı verib ki, bu da Bakı ilə Nyu-York arasında cədvəlləşdirilmiş sərnişin xidmətlərinin başlamasına icazə verir. Bundan əlavə, Azərbaycanda istənilən nöqtədən ABŞ-ın istənilən nöqtəsinə çarter reysləri təşkil oluna bilər. Azərbaycanla ABŞ arasında karqo nəqliyyatı bərqərar etmək istəyən Silk Way West Airlines-ın icazə sənədləri hazırda nəzərdən keçirilir. Azərbaycan artıq Beynəlxalq Aviasiya Təhlükəsizliyi Dəyərləndirməsi (IASA) proqramını tamamlayıb və 1-ci kateqoriyaya daxil olan ölkə statusunu qazanıb.

Amerikanın Səsi: ABŞ-la birbaşa uçuşların yaranmasına imkan verəcək kriteriyalar hansılardır?

Hərçənd ki, Nəqliyyat Departamenti ABŞ-a məxsus Boeing şirkəti tərəfindən istehsal edilən təyyarələrin istifadəsini dəstəkləyir, hava yolları şirkətinin ABŞ-da əməliyyatlara başlamasına qərar verilərkən onun hansı təyyarə modellərindən istifadə etməsi nəzərə alınmır.

Keytlin Harvi: ABŞ-a uçuşlara başlamaq üçün xarici laynerlər Nəqliyyat Departmanetindən iqtsadi səlahiyyət almalıdırlar. Bu səlahiyyət ictimai maraqlara cavab verməli və hava yolları şirkətinin ABŞ qanunlarına müvafiq olaraq ticari hava əməliyyatları həyata keçirməyə qadir və iradəli olmasına əsaslanır. Hərçənd ki, Nəqliyyat Departamenti ABŞ-a məxsus Boeing şirkəti tərəfindən istehsal edilən təyyarələrin istifadəsini dəstəkləyir, hava yolları şirkətinin ABŞ-da əməliyyatlara başlamasına qərar verilərkən onun hansı təyyarə modellərindən istifadə etməsi nəzərə alınmır.

Amerikanın Səsi: Spesifik olaraq aviaşirkət Amerika şəhərlərinə uça bilmək üçün hansı tələblərə cavab verməlidir?

Keytlin Harvi: İqtisadi səlahiyyətdən əlavə aviaşirkət Feeral Aviasiya Administrasiyasında (FAA) təhlükəsizlik vəsiqəsi almalıdır ki, bunda OpSpecs deyilir. FAA müəyyən etməlidir ki, aviaşirkətin qeydiyyatdan keçdiyi ölkə Beynəlxalq Aviasiya Təhlükəsizliyi Dəyərləndirməsi porqramı çərçivəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına riayət edir. Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) da ölkənin beynəxallq standartlara müvafiq təhlükəsizlik prosedurlarına əməl etdiyini təsdiqləməlidir. Müəyyən edilməlidir ki, ABŞ-da əməliyyat keçirməyi planlaşdıran aviaşirkət TSA-in tətbiq etdiyi təhlükəsizlik proqramını qəbul və icra edəcək.

Amerikanın Səsi: Hazırda ABŞ və Azərbaycan hökuməti arasında aviaresylər üzrə danışıqlar hansı mərhələdədir?

Keytlin Harvi: Bizim hökumətlər hazırda Açıq Səmalar adlı hava nəqliyyatı razılığı üzərində işləyirlər. Belə bir razılıq Azərbaycan təyyarələrinə Azərbaycanın istənilən nöqtəsindən ABŞ-ın istənilən nöqtəsinə sərbəst uçmaq imtiyazı verərdi. Bizim rəsmi nümaynədələrimiz iki dəfə ICAO-nun Hava Xidmətləri Danışıqları Konfransında görüşüblər və razılıqların mətnlərini bir-birləri ilə paylaşıblar. 2014-cü ilin mayında isə Rəqəmsal Video Konfransda müzakirələr aparıblar. Hər görüş qarşı tərəfin çətin məsələlərdə mövqeyi haqda təsəvvürü gücləndirib və tərəflər razılığa gəlmək istqamətində tərəqqi əldə ediblər. ABŞ Nəqliyyat Departamenti müştərək maraqlara faydalı olacaq "Açıq Səma" razılaşmasını imzalamaq üçün danışıqların davam etməsinə ümidlə baxır.

XS
SM
MD
LG