Accessibility links

BMT Baş Katibi Azərbaycan və Ermənistanı atəşkəsə riayət etməyə çağırdı


BMT Baş Katibi Ban Ki Mun

BMT Baş Katibi Ban Ki Mun

BMT Baş Katibi Ban Ki Mun Azərbaycan və Ermənistan qüvvələri arasındakı təmas xəttində toqquşmaların qızışmasından narahatlığını ifadə edib. Amerikanın Səsinin BMT müxbirinin əldə etdiyi açıqlamada deyilir:

“Baş Katib ATƏT Minsk Qrupu həmsədrlərinin və başqa beynəlxalq tərəfdaşların Təmas Xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliklərin və zorakılıqların artması ilə bağlı ifadə etdikləri dərin narahatlığı paylaşır. Ötən günlərdə baş verənlər bir çox itkilərlə nəticələnib. Baş Katib bütün tərəfləri atəşkəsə hörmət etməyə, zorakılıqdan çəkinməyə, təcili deeskalasiyaya və sürətli və dinc siyasi həll yolunun tapılması üçün dialoqu davam etdirməyə çağırır.

Baş Katib ATƏT Minsk Qrupu və bütün tərəflərin bu təhlükəli situasiyanı aradan qaldırmağa və Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik səylərini tam dəstəkləyir.”

XS
SM
MD
LG