Accessibility links

Uill Taker: Azərbaycan hökumətinin ABŞ-dakı lobbiçiliyini yaxından araşdıracağam [Video]


Uill Taker konqresmenlərin Bakı səfərini araşdırır
please wait

No media source currently available

0:00 0:06:25 0:00

Uill Taker konqresmenlərin Bakı səfərini araşdırır

Bu günlərdə Houston Chronicle (Hyuston Xronikası) qəzetində ABŞ konqresmenlərinin 2013-cü ildə Bakıya səfərinin xarici lobbiçilər tərəfindən maliyyələşdirildiyini iddia edən məqalə dərc olunub. Məqalənin müəlliflərindən olan Uill Taker Amerikanın Səsinə müsahibədə araşdırmanın müxtəlif aspektləri və tapıntıları haqda danışır.

Amerikanın Səsi:
Siz bu günlərdə ABŞ konqresmenlərinin Azərbaycana səfərinə dair məqalə yazmısınız. Bu araşdırma nə dərəcədə çətin idi? Sizin əsas mənbələriniz hansılar idi?

Uill Taker: Mənbələrimiz əsasən sənədlər - ictimaiyyətə açıq sənədlər idi. Biz bunları 2013-cü ilin mayında konfransa pul vermiş bp kimi şirkətlərlə təsdiq etməli olduq. Istifadə etdiklərimiz əsas sənədlər vergi formaları idi. Biz konqresmen Steve Stockmanın kampaniya maliyyə ianələrinə baxanda donorlar arasında Amerikalılar və Avrasiyalıların Turkuaz Şurası adlı quruma rast gəldik. Bu qrup türkdilli ölkələri Amerikada təşviq etməklə məşğul olur. Onlar Hyustonda İpək Yolu və bir sıra belə festivallar keçiriblər. Onlar həmçinin konqresmenlər üçün xaricə səfərlər təşkil edir. 501 C3 vergi formasında bu qrup konqresmenlər və ictimai xadimlər üçün nə qədər pul xərclədiklərini açılqlamalı idilər. Biz onların 2010-2012 ci illər arasındakı vergi sənədlərinə baxdıq. Biz gördük ki, gəlirsiz qurum olan bu təşkilat Konqres üzvlərinə nə qədər pul verdiyini açıqlamayıb. Biz Turkuaz Şurası ilə əlaqəli başqa gəlirsiz şirkətlərə baxmağa başladıq. Birlikdə onlar konqresmenlər üçün Bakıya səfər təşkil etmişdilər. Başqa sənədlər arasında biz Konqresmenlərin doldurdulqarı səyahət formalarına baxdıq. Bu sənədi onlar səyahətə çıxmazdan öncə etika komitəsinə təhvil verməlidirlər. Biz gördük ki, onarın səyahət proqramlarında SOCAR rəsmiləri ilə görüşlər yer alıb. Biz həmin tədbirdən fotolara baxdıq. Şirkətlərin loqolarını arxa planda gördük. Bu da onu göstərirdi ki, istənilən məntiqli adam bunun korporativ sponsorluq olduğunu anlaya bilərdi. Amma doldurulmuş formalarda bu haqda heç nə deyilmir.

Amerikanın Səsi: Bu növ səyahətləri nizamlayan etik qaydalar nədir? Siz Azərbaycan auditoriyasna izah edə bilərsinizmi ki, ABŞ qanunvericilərinin yol verdikləri hərəkətdə nə kimi qəbahət ola bilər?

Biz onların 2010-2012 ci illər arasındakı vergi sənədlərinə baxdıq. Biz gördük ki, gəlirsiz qurum olan bu təşkilat Konqres üzvlərinə nə qədər pul verdiyini açıqlamayıb.

Uill Taker: Əsas məsələ budur ki, konqresmenlər oraya gediblər, korporativ loqoları görüblər və bu haqda məlumat verməyiblər. Bu konfransda iştirak edən hər bir adam tədbirin korporasiyalar tərəfindən maliyyələşdirildiyini sezməli idi. Tədbirin spikerləri, bp və SOCAR-ın loqoları şübhə oyatmalı idi. Biz Konqres üzvlərinin və gəlirsiz təşklatların doldurduqları rəsmi formalarda korporasiyaların səfəri sponsorlaşdırması haqda qeydi görümürük. Bu problemdir, çünki qaydalar tələb edir ki, Vaşinqtonda lobbiçilik fəaliyyəti ilə məşğul olan heç bir təşkilat konqresmenlər üçün səfər təşkil edə bilməz. Belə ki, bp və SOCAR Vaşinqtonda lobbçikliklə məşğul olurlar. Bu Konqres üzvləri üçün real problemdir.

Amerikanın Səsi: Bu məqalənin dərc olunmasından bir qədər keçib. Hansısa konqresmen sizinlə əlaqə saxlayıbmı?

Uill Taker: Konqresmen Ted Poe suallarımıza cavab verib. Əslində o, bunu edən yeganə qanunvericidir. Onun sözüçüsü bildirir ki, konqresmen etika komitəsinə gəlirsiz təşkilatların doldurduqları formanı təhqiq etməyi tapşırıb. Bu, ciddi məsələdir. Burada çoxlu etika üzrə ekspertlər var. Ədliyyə üzrə müşahidəçilər də məsələni izləyir. Bizim Vaşinqtonda danışdığımız görkəmli etika ekspertləri təhqiqat aparılmasına çağırıb. Ted Poe həmçinin etika komissiyasını bizim qadırdığımız məsələlər barədə məlumatlandırıb.

2013-cü ildə Bakıya səfər etmiş konqresmenlər
2013-cü ildə Bakıya səfər etmiş konqresmenlər

Amerikanın Səsi: Bu, sizin Azərbaycanla əlaqədar ilk araşdırmanızıdır. Sizi Azərbaycan və ümumilikdə məsələyə cəlb edən nə oldu?

Uill Taker: Biz spesifik olaraq Vaşinqtonda xarici lobbiçiliklə maraqlanırdıq. 1930-cu illərdə FARA kimi tanınan Xarici Agentlik Registrasiyası Aktı qəbul olundu ki, bu qanunun məqsədi ictimaiyyəti Konqres üzvlərini lobbiçilik fəaliyyəti göstərən qurumlar haqda məlumatlandırmaq idi. Mən bu məsələ ilə uzun müddət maraqlanmışam. Həmçinin konqresmenin kampaniya maliyyələri ilə maraqlandım. Mən və Lise Olsen Steve Stockmanın kampaniya ianələrini tədqiq etməyə başladıq. Hər şey o maraqların kəsişməsindən başladı.

Amerikanın Səsi: İstər Azərbaycan, istər lobbiçilik, istərsə də konqresmenlərlə əlaqədar araşdırmaları davam etdirmək niyyətindəsinizmi?

Computer Hope

Uill Taker: Bizim növbəti addımımız etika ekspertləri ilə danışmağı davam etdirmək olacaq. Təbii ki, növbəti addımlardan biri bu təhqiqatdan ortaya çıxan xəbərləri nəzərdən keçirmək olacaq. Etika ekspertlərinin məsələni nəzərdən keçirməsi və bu barədə tövsiyələrlə çıxış etməsi bir neçə ay vaxt aparacaq. Onlar bu məsələni etika komitəsinə göndərə, yaxud da qapada bilərlər. Əgər məsələ etika komitəsinə gedib çıxsa onda biz bu məsələni izləməkdə davam edəcəyik. Öz tərəfimdən mən FARA-nın necə işləməsinə diqqətlə baxacağam. Xarici hökumət üçün lobbçilik edənlər bunu altı ay ərzində qeydiyyatdan keçirməlidirlər. Burada işlənilməli geniş material var, meydana çoxlu material çıxa bilər. Mən Azərbaycanın FARA ilə bağlı sənədlərini diqqətlə nəzərdən keçirəcəyəm. Bura doldurulmuş formalar və başqa əlavə sənədlər daxildir. Oradan çoxlu ideyalar ortaya çıxa bilər. Mənim planım budur.

XS
SM
MD
LG