Accessibility links

ATƏT nümayəndəsi: Azərbaycanda basqılar iri miqyas alır


ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda media fəallarına və sivil cəmiyyət təşkilatlarına intensivləşən basqıları pisləyib. Bunların sırasında Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu (RATİ) və onun sədri Emin Hüseynova təzyiqlər xüsusi vurğulanır.

ATƏT-in yaydğı son açıqlamada RATİ ofisinə reyd cəhdi, Emin Hüseynovun anasının evində axtarış aparılması və kompüterin müsadirə olunması qeyd edilir.

“Avqustun 5-də aeroport rəsmiləri Emin Hüseynovun Bakıdan İstanbula uçmasının qarşısını alıblar. Hüseynov Türkiyədə tibbi müayinədən keçməyi planlaşdırırdı. Hüseynovun səyahətinə qoyulan qadağa haqda Azərbaycan hökuməti izahat verməyib,” açıqlamada bildirilir.

“RATİ ofisinə reyd cəhdləri, Emin Hüseynovun ailəsinə gəlinən hədə-qorxular və səyahət qadağası Azərbaycanda media azadlıqlarına basqıların iri miqyas aldığına sübutdur. Bu basqılar müstəqil jurnalistləri, ifadə azadlığı tərəfdarlarını və blogerləri hədəf alır,” deyə Miyatoviç bildirib. “Mən rəsmiləri ölkədə azad səsin və medianın təqibinə son qoymağa çağırıram.”

Avqustun 6-da xanım Miyatoviç Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova məktub yollayaraq ondan Hüseynova qoyulan səyahət qadağasını ləğv etməyi xahiş edib.

Dünya Miyatoviç habelə Rəşid Hacılınn rəhbərlik etdiyi Media Hüquqları İnstitutunun bank hesabına qadağa qoyulduğunu bildirib. O, bunu ölkədə hüquq müdafiəçiləri və müstəqil jurnalistlərin kriminal məcəllələr pərdəsi altında təqib olunması kimi dəyərləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG