Accessibility links

ABŞ Rusiyaya: Ukraynada "humanitar missiyaya" başlama!


ABŞ-ın BMT-dəki səfiri Samantha Power

ABŞ-ın BMT-dəki səfiri Samantha Power

ABŞ bildirir ki, Rusiyanın şərqi Ukraynaya hər hansı bir humanitar yardım cəhdi hərbi müdaxilə kimi dəyərləndiriləcək.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power Təhlükəsizlik Şurasının yığıncağında deyib ki, Rusiyanın müharibə şəraitində olan şərqi Ukrayna üçün təklif etdiyi humanitar dəhlizi yalnız beynəlxalq yardım təşkilatları reallaşdıra bilər.

Səfir deyib ki, Rusiyanın Ukraynaya hansısa humanitar missiya pərdəsi altında birtərəfli müdaxiləsi “tamamilə qəbuledilməz və həyəcan doğurandır.”

Bu həftənin əvvəlində NATO xəbərdarlıq ertmişdi ki, Rusiya Ukraynann şərqinə “sülhməramlı qüvvə” adı altında qoşun yeridə bilər.

ABŞ milli təhlükəsizlik müşavirinin yardımçısı Tony Blinken Rusiyanın son günlərdə Ukrayna ilə sərhəddə nəhəng qüvvə cəmləşdirdiyini söyləyib.

ABŞ hökuməti və NATO Moskvanın sərhəddə yerləşdirdiyi qoşunların 20 minə yaxın olduğunu təxmin edir.

XS
SM
MD
LG