Accessibility links

“Bu gün və indən belə hər gün biz sizə Amerikadan müharibə haqda danışacağıq… Xəbərlər bizim üçün yaxşı yaxud pis ola bilər – Biz sizə həmişə həqiqəti deyəcəyik.” Bu sözlərlə Amerikanın Səsi 1942-ci ildə – II Dünya Müharibəsinin ən qızğın çağında Hitler Almaniyasına proqram yayımına başladı. O vaxtdan 70 il ötür və bu müddət ərzində Amerikanın Səsi dünyanın artan sayda müxtəlif guşələrinə proqramlarını yaymaqda, informasiya çatdırmaqda davam edir. Xəbər agentliyinin direktoru David Ensor bu günlərdə qələmə aldığı bloqda Amerikanın Səsinin şanlı irsinə və gələcəyə baxışı haqda düşüncələrini paylaşıb.

Biz sizə Amerikadan müharibə haqda danışacağıq… Xəbərlər bizim üçün yaxşı yaxud pis ola bilər – Biz sizə həmişə həqiqəti deyəcəyik.

“Biz Amerikanın Səsi, yoxsa ABŞ hökumətinin səsi olmalıyıq?” cənab Ensor Amerikanın Səsinin missiyasının üzləşdiyi dilemmanı təsvir edir. “1942-ci ildə Avropa və Asiya cəbhələrində geriləmələr yaşayan ABŞ öz tarixində ən dərin böhranlarından biri ilə üzləşirdi. Amerikanın Səsinin birinci direktoru Con Hausman seçim qarşısında idi: Acı xəbərləri dürüst olaraq paylaşmaq, yaxud Amerikanın imicini qorumaq üçün həqiqəti pərdələmək. Bir neçə il sonra geriyə baxan Hausman dedi: ‘Əslində bizim seçimimiz yox idi. 1942-ci ilin ilk yarısında dünya xəbərləri az qala hamısı pis idi. Amma biz bunları çəkinmədən efirə verməliydik. Yalnız bu yolla biz gələcəkdə divident gətirəcək düzlük reputasiyasını yarada bilərdik – o gələcək ki, orada biz öz həmlələrimizdən, öz qələbələrimizdən söz açacaqdıq.’”

David Ensor, Amerikanın Səsinin direktoru

David Ensor, Amerikanın Səsinin direktoru

Bu məsələ Amerikanın Səsinin və eləcədə ABŞ-ın keşməkeşli tarixində dəfələrlə baş qaldırıb. Sabiq müxbir və Amerikanın Səsinin direktor müavini Alan Heil prezident Riçard Niksonun istefasnda gətirib çıxaran Uotergeyt böhranı baş qaldırarkən yayımlama əməliyyatlarının üzləşdiyi durumu xatırlauyır. Prezidentin mənsub olduğu Respublikaçılar Partiyasından bir senator Niksonun istefasına çağırdı. “Bu çağırış özü bir xəbər idi və Amerikanın Səsinin biznesi xəbər biznesidir,” Heil yazırdı. İstefadan az keçmiş Riçard Niksonu əvəzləyən yeni prezident Cerald Ford Amerikanın Səsinin yeni nizamnaməsini qanuna imzaladı. Bu nizamnamədə prezident xəbər agentliyinin “etibarlı və dürüst informasiya mənbəyi” olacağını təsbit etdi. Bu informasiya dünya ictimaiyyətini ABŞ-ın xarici siyasəti haqda məlumatlandırmaqdan əlavə, Amerika və amerikalıların düşüncələri haqda beynəlxalq auditoriyada təsəvvür yaradacaqdı.

Bu günlər Amerikanın Səsinin mahiyyəti üzərində hökumət orqanlarından debat canlandıqca bəziləri CNN kimi telekanlalar olduğu halda Amerikanın Səsinə ehtiyacın məntiqini anlamağa çalışırlar. “CNN, FOX, NBC kimi telekanallardan fərqli olaraq Amerikanın Səsi qeyri-ticari təşkilatdır, amacı gəlir götürmək deyil. Bu üzdən Amerikanın Səsi Nigeriya, Ukrayna kimi qaynar nöqtələrdə yerli sakinlərin öz dillərində onlara proqramlar yayımlayır,” David Ensor izah edir. Amerikanın Səsinin proqramları 45 dildə yayımlanır. Amerikada Britaniyada olduğu kimi dövlət xəbər agentliyi olan BBC-nin ekvivalenti yoxdur. Bu üzdən Kəraçidə, Kiyevdə, Laqosda, Karakasda “Vaşinqton nə düşünür?” sualına ən müfəssəl cavabı Amerikanın Səsində tapmaq olar.

Prezident Dvayt Eyzenhauer Amerikanın Səsində çıxış edir.

Prezident Dvayt Eyzenhauer Amerikanın Səsində çıxış edir.

“O ölkələrdə ki, bizim milli maraqlarımız var, o yerlərdə ki, anti-Amerikanizm problemdir, Amerikanın Səsi burada söhbətin bir parçası olmağa can atmalıdır. Burada Amerikanın səsi olmalıdır. Amerikanın Səsi söz və mətbuat azadlığını ehtiva edən Amerika dəyərlərini yayır, propaqandaya və anti-Amerikanizmə, cəhalətə qarşı mübarizə aparır, Amerika ideallarını və mədəniyyətini təşviq edir və dünyanın qaynar regionlarında qaçqınlara informasiya çatdırmaqla bəzən həyatları xilas edir,” deyə David Ensor xəbər agentliyinin gələcəkdə də demokratiya və azadlıq amallarına xidmət edəcəyinə təminat verir.

XS
SM
MD
LG