Accessibility links

Ukrayna mənbələri: Separatçılar onlarla mülki vətəndaşı öldürüb


Ukrayna rəsmilərinin verdiyi məlumata əsasən Rusiyapərəst separatçılar ölkənin şərqində döyüşlərdən qurtulmağa can atan onlarla müıki vətəndaşı qətlə yetirib.

Ukrayna milli təhlükəsizlik şurasının sözçüsü polkovnik Andriy Lısenko ölənlərin dəqiq sayının hələlik müəyyən edilmədiyini bilirib. Onu sözlərinə görə ölənlər arasında uşaqlar var.

Lısenko xəbər verib ki, separatçılar Rusiyanın ixrac etdiyi "Qrad" raket sistemindən və minamyotlardan istifadə edərək mülki vətəndaşları hədəf alıblar.

Ukrayna tankları Luhansk civarlarında
Ukrayna tankları Luhansk civarlarında

Hücum bazar ertəsi səhər Xraşçuvate və Svitlivka qəsəbələri arasında baş verib. Bu qəsəbələr Luhanskdan çıxan yolun üstündə yerləşirlər.

Separatçıların sözçüsü hücumda iştirakı inkar edib.

Artıq bir neçə gündür ki, şərqi Luhansk şəhərində qızğın döyüşlər gedir. Dünən gecədən bəri azı 9 Ukrayna əsgəri şəhər uğrunda gedən döyüşlərdə həlak olub.

XS
SM
MD
LG