Accessibility links

Missuri ştatının Ferquson şəhərində iğtişaşsız gecədən sonra ABŞ-ın baş prokuroru Erik Holderin bu gün şəhərə səfər edəcəyi gözlənilir. Qaradərili silahsız gəncin ağdərili polis zabiti tərəfindən öldürülməsindən sonra Fergusonda nümayişçilərlə polis arasında zorakı qarşıdurmalar qeydə alınıb.

18 yaşlı gənci güllələdiyinə görə Darren Uilsonun məhkəməsi keçirilən bina qarşısında onlarla insan dinc aksiya keçirib.

Bu gün St. Louis Post-Dispatch qəzetində çap edilən baş məqalədə deyilir ki, cənab Holder ictimaiyyətlə hüquq-mühafizəçiləri arasında inam yaradılmasına çağırıb.

Erik Holder icma liderləri, Federal Təhqiqatlar Bürosu (FBI) təhqiqatçıları və federal vətəndaş cəmiyyəti rəsmiləri ilə Maykl Braunun ölümünü müzakirə edəcək. Bu ölüm faktı günlərdir sistematik ayrıseçkilik və irqçilik ittihamları ilə kütləvi etiraz aksiyalarına səbəb olub.

Dünən Ferquson küçələrinə toplaşan dinc etirazçıların daha sonra nümayişi xaosa çevirməsinə müdaxilə edən iğtişaş polisi səksəndirici şaşkalar və gözyaşardıcı qazdan istifadə edib. Güclü silahlanmış hərbi qüvvələrin üzərinə Molotov kokteylləri atılıb.

Polis kapitanı Ron Conson jurnalistlərə deyib ki, bu gün səhər polis güclü hücuma məruz qalsa da, atəş açmayıb. Onun sözlərinə görə, iki nəfər etirazçı kütlənin içərisində açılmış atəş nəticəsində yaralanıb. Etirazçılar polisin dağılışmaq tələbinə məhəl qoymayıb və Conson deyib ki, 31 nəfər saxlanıb.

XS
SM
MD
LG