Accessibility links

Ebola vaksini sınaqdan keçiriləcək


Laboratoriya texnoloqları kütləvi istehsala yarayacaq ebola vaksini üzərində işləyirlər. 14 avqust, 2014.

Laboratoriya texnoloqları kütləvi istehsala yarayacaq ebola vaksini üzərində işləyirlər. 14 avqust, 2014.

Eksperimental ebola vaksini üzərində hazırlıq işləri sürətləndirilib. Bu isə o deməkdir ki, yaxın günlərdə vaksin insanlar üzərində sınaqdan keçiriləcək.

Britaniyada qərargahlanan dərman şirkəti GlaxoSmithKline vaksinin Britaniyada və ABŞ-da sağlam könüllülərə vurulacağını xəbər verir. Peyvənd sentyabrın ortasında həmin könüllülərə, daha sonra isə Qambiya və Mali saklinlərinə məqbul olacaq.

GlaxoSmithKline hazırda ABŞ Səhiyyə İnstitutları (NIH) ilə birgə vaksin üzərində işləyir ki, bu Britaniyada qərargahlanan “Wellcome Trust” xeyriyyə təşkilatının köməyi ilə sınaqdan keçiriləcək.

GlaxoSmithKline bildirir ki, vaksin ebolanın hazırda Qərbi Afrikada dolaşan Zair varitanına qarşı qorunmaqda kömək edəcək.

Şirkət ilkin olaraq kliniki testlər üçün vaksinin 10,000 dozasını istehsal edəcək. Əgər sınaqlar uğurlu keçsə, onda dərhal kütləvi istehsala başlanılacaq.

Qərbi Afrikada baş qaldıran ebola epidemiyası indiyədək azı 1552 adamın həyatına son qoyub.

XS
SM
MD
LG