Accessibility links

Poroşenko Ukraynanın şərqində atəşkəs əmri verib


Ukrayna prezidenti Petro Poroşenko ölkənin hərbi qüvvələrinə Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılara qarşı beş aydır aparılan hərbi əməliyyatları dayandırmaq əmri verib.

Prezident Poroşenko bunu Ukrayna, Rusiya, separatçılar və ATƏT-in nümayəndələrinin Belarus paytaxtı Minskdə görüşündə atəşkəsə dair protokolu imzalamasından sonra elan edib.

Separatçıların Tvitter hesabında atəşkəsə dair sənədin Minskdə imzalandığı haqda məlumat verilib.

Cənab Poroşenkonun bəyanatında onun atəşkəs əmrini Minskdə protokolun imzalanması və Rusiya prezidenti Vladimir Putinin Donbassda qeyri-qanuni silahlı qrupun liderlərinə hərbi əməliyyatları dayandırmaq çağırışları ilə bağlı olaraq verdiyi deyilir.

Çərşənbə günü Rusiya prezidenti Vladimir Putin üsyançıların əməliyyatlarına son qoymaq üçün yeddi maddədən ibarət fəaliyyət planı irəli sürmüşdü. Rusiya liderinin bildirdiyinə görə, planda həm Ukrayna qüvvələri, həm də separatçılar fəal hücumlara son qoymağa çağırılır.

XS
SM
MD
LG