Accessibility links

"The New York Times" Azərbaycanın ABŞ-da nüfuz almaq səyləri haqda yazır


Podesta Group

Podesta Group

ABŞ-ın aparıcı qəzetlərindən olan Nyu York Tayms Azərbaycan hökumətinin Birləşmiş Ştatlarda qərargahlanan beyin mərkəzlərində pulla nüfuz almaq səyləri haqda infoqrafik məqalə dərc edib. Materialda Azərbaycan hökumətinin lobbiçilik fəaliyyətlərini əks etdirən 13 sənəd nümayiş etdirilir. İmzalanan müqavilələrdə ödəniş müqabilində lobbiçilik firmasının Azərbaycanın ABŞ üçün əhəmiyyətinin təşviq etməsi təsbit olunur. Azərbaycan tərəfinin Vaşinqtonda qərargahlanan “DCI Group” və “Podesta Group” lobbiçilik firmaları ilə imzaladığı müqavilələrdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun imzaları yer alır.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ prezidenti Barak Obamaya aqremanı təqdim edir. 18 yanvar, 2012.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ prezidenti Barak Obamaya aqremanı təqdim edir. 18 yanvar, 2012.

Səfir Süleymanovun “Xarici Təmsilçi” (Foreign Principal) qismində DCI Group-la imzaladığı müqavilədə lobbiçilik firması Azərbaycan səfirliyinə ictimai əlaqələr və media strategiyası üzərində işləməyə, o cümlədən ABŞ mediasında kontaktlar yaratmaqda və müştərisi üçün vacib olan məsələlər haqda ABŞ mediasında məqalələr dərc etdirməkdə yardımçı olacağını öz üzərinə götürür. Firma həmçinin ABŞ beyin mərkəzləri və siyasi düşüncə liderləri ilə quracağı münasibətlərdə Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini, və rəsmi Bakının mühüm saydığı məsələləri işıqlandıracağını vəd edir. ABŞ Ədliyyə Nazirliyinə təqdim olunan qeydiyyat sənədində “DCI Group” öz lobbiçilik fəaliyyətlərində Azərbaycanın ABŞ üşün enerji və təhlükəsizlik sahələrindəki əhəmiyyətini vurğulayacağını bildirir.

Atlantik Şurasının 2012-ci ildə İstanbulda təşkil etdiyi enerji konfransına SOCAR $50,000 dollar xərcləyib.

Atlantik Şurasının 2012-ci ildə İstanbulda təşkil etdiyi enerji konfransına SOCAR $50,000 dollar xərcləyib.

Nyu York Tayms nüfuzun satın alındığı iddia olunan beyin mərkəzləri sırasında Atlantik Şurasının fəaliyyətinə diqqət yetirir. Atlantik Şurasının aparıcı donorları sırasında Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın adı yer alır. Daha sonra həmin bu beyin mərkəzinin 2014-cü il, 1 iyulda “Qafqazda NATO: Azərbaycanın Məsələsi” başlıqlı ictimai forum keçirməsi bildirilir. Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Xəzər İbrahim və Azərbaycan hökumətini tez-tez ictimai forumlarda təmsil və müdafiə edən Brenda Şefferin, o cümlədən ABŞ Dövlət Katibinin yardımçısı Erik Rubinin panelist qismində iştirak etdikləri tədbirdə Azərbaycanın Qafqazda Avro-Atlantik hərbi alyans üçün önəminin vurğulandığı qeyd olunur. Tədbirdə iştirak edən Atlantik Şurası prezidenti Frederik Kempenin Azərbaycanın NATO üçün rolunu alqışladığını Azərbaycan mediasında işıqlandıran sənəd nümayiş etdirilir.

Arif və Leyla Yunus kimi insan haqları müdafiəçilərinin həbsləri müstəqil ekspertlər qurumu qismində çıxış edən beyin mərkəzləri üçün Azərbaycanı təbliğ etməyi çətinləşdirir.

Arif və Leyla Yunus kimi insan haqları müdafiəçilərinin həbsləri müstəqil ekspertlər qurumu qismində çıxış edən beyin mərkəzləri üçün Azərbaycanı təbliğ etməyi çətinləşdirir.

Nyu York Taymsın Frederik Kempeyə göndərdiyi sorğuda onun rəhbərlik etdiyi şuranın Azərbaycandan nə qədər pul aldığı soruşulur. Suala cavabda cənab Kempe sonuncu dəfə 2012-ci ildə SOCAR-dan $50,000 dollar aldıqlarını yazır. Daha sonra qəzet cənab Kempedən şuranı təmsil edən ekspertlərin Azərbaycanı nə vaxt və necə tənqid etdiklərini soruşur. Buna cavab olaraq Frederik Kempe Atlantik Şurasının eksperti Sabine Feryzerin Azərbaycanda insan haqları fəallarına qarşı şiddətli basqıları, o cümlədən Leyla və Arif Yunusların həbslərini tənqid etdiyini qeyd edir. Daha sonra başqa ekspert David Koranyinin Azərbaycanın TANAP layihəsinə nəzarət etməsinə qarşı çıxdığı bildirilir və cənab Koranyinin avqustun 14-də Yunusların həbsi ilə bağlı tənqid tonlu Tvitter mesajı qeyd olunur.

İnfoqrafik məqalədə səfir Elin Süleymanovun Podesta Qrupunun rəhbəri Antoni Podesta ilə imzaladığı razılıq yer alır ki, bu razılıq 2014-cü il, yanvarın 1-dən etibarən qüvvəyə minmiş hesab olunur. Həmin müqavilədə Azərbaycan onun mövqeyini təbliğ edəcək firmaya hər ay $50,000, üstəgəl əlavə xərclərin əvəzini ödəməyi öz üzərinə götürür.

Yazının tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.nytimes.com/interactive/2014/09/07/us/07thinktank-docs4.html

XS
SM
MD
LG