Accessibility links

ABŞ Dövlət Departamenti: Azərbaycan hökumətini izahat verməyə çağırırıq


Amerikanın Səsinin sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycanı tərk etməsinə icazə verilməyən ABŞ vətəndaşı Səid Nurinin məsələsi ilə bağlı bəyanat verib. Psaki Bakıdakı ABŞ səfirliyi və Dövlət Departamenti rəsmilərinin həm Bakıda, həm də Vaşinqtonda Azərbaycan rəsmiləri qarşısında məsələ qaldırdıqlarını bildirib.

“Bizim başa düşdüyümüz budur ki, Baş Prokurorlıuq Səid Nuriyə ölkədən çıxmağa imkan verməyib,” deyə departametnin sözçüsü bildirib. “Biz Azərbaycan rəsmilərini cənab Nuriyə tam izahat verməyə çağırır və situasiyanı yaxından izləyirik.”

Jen Psaki hazırda ABŞ konsulluq idarəsinin Səid Nuriyə müntəzəm xidmət göstərdiyini deyib, və qeyd edib ki, Konsul ölkədən çıxışına qadağa qoyulan Nuri ilə sentyabrın 5-də görüşüb.

Səid Nurinin ABŞ pasportunda Azərbaycan vizası
Səid Nurinin ABŞ pasportunda Azərbaycan vizası

Səid Nurinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaq edilən cinayət işi ilə bağlıdır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, "Azərbaycan vətəndaşı, 23 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş və hazırda Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, mənzil 9 ünvanında qeydiyyatda olan Nuriyev Səid Fikrət oğlunun hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi" ilə bağlıdır.

S.Nuriyevin həmin cinayət işi üzrə şahid qismində dindirilməsi və həyata keçiriləcək bəzi istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. O, Azərbaycan vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanına müraciət etməyib.

Qüvvədə olan qanunvericiliyə görə bu halda Azərbaycan vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti Səid Nuriyə münasibətdə tanınmır. Halbuki Azərbaycan rəsmiləri Nurini ölkəyə ABŞ vətəndaşı qismində buraxıblar.

Səid Nuri Azərbaycan vətəndaşlığından çıxdığını bildirib. O 2011-ci ildə Amerika vətəndaşlığını qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG