Accessibility links

Vladimir Putin ölkəsinin sülhə sadiq olduğunu deyir


Vladimir Putin Ukrayna prezidenti Petro Poroşenko ilə telefonda danışıb.

Vladimir Putin Ukrayna prezidenti Petro Poroşenko ilə telefonda danışıb.

Prezident Vladimir Putin deyir ki, o, Ukrayna böhranının sülh yolu ilə həll edilməsinə tərəfdardır. Bu arada ABŞ Rusiyaya qarşı Ukraynadakı hərəkətlərinə görə sanksiyaları genişləndirməyə hazırlaşır.

Kremlin mətbuat xidməti cənab Putinin Ukrayna prezidenti Petro Poroşenko ilə telefonda danışdığını bildirib. İki lider atəşkəsi möhkəmləndirməyin yollarını müzakirə ediblər. Açıqlamada deyilir ki, prezident Putin Rusiyanın konflikti dinc yolla nizamlamağa hazır olduğunu təsdiq edib.

Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf Vaşinqtonun Rusiyanın enerji, maliyyə və müdafiə sektorlarını hədəf alacaq ölçüləri dərinləşdirmək və günişləndirmək üzərində işlədiyini bildirib. Onun sözlərinə görə yekun qərar yerdə baş verən hadisələrdən asılı olacaq.

Çərşənbə günü Brüsseldə bir araya gələn Avropa diplomatları Rusiyaya qarşı geniş sanksiyalar paketini müzakirə edəcəklər.

Rusiya və Ukryana rəsmiləri cəbhə xəttində atəşkəsə əsasən riayət olunduğunu xəbər verirlər.

XS
SM
MD
LG