Accessibility links

Məsullar Təbrizdə etniklərdən danışıb - “Türk dili qurumu” yerinə yeni təklif var


Əli Yunesi, Əli Cənnəti və İsmayıl Cabbarzadə

Əli Yunesi, Əli Cənnəti və İsmayıl Cabbarzadə

Prezident Ruhaninin yardımçısı İranda Azərbaycan əhalisinin etnik ayrı-seçkiliklə üzləşmədiyini irəli sürür

Şərqi Azərbaycan valisi İsmayıl Cabbarzadə prezident Həsən Ruhaninin vəd etdiyi “Türk dili qurumu” layihəsi yerinə “Azərbaycan milli mədəniyyət fondu” layihəsinin gündəmə alındığını ifadə edib.

Sentyabrın 18-də Təbrizdə Mirək adlı gözəl sənətlər konservatoriyasının açılış mərasimində danışan Cabbarzadə yeni layihənin incəsənət və mədəniyyət xadimlərinin tələbi istiqamətində təklif olunduğunu irəli sürüb.

Bəziləri türk-fars ixtilafı törətmək istəyir. Onlar bunu bacarmayacaq. Dövlətdə, Azərbaycan əhalisinə qarşı ən kiçik mənfi baxış mövcüd deyil... Şərqi Azərbaycanın əhalisinin hamısı Şiə və Azəridir, buna görə də, onlar İranda hər hansı etnik ya məzhəbi çətinliklə üzləşmirlər...

“Perzident Təbrizdə Türk Dili Qurumunun yaradılmasına dair söz vermişdir. Əhali də bunun gerçəkləşməsini ciddi şəkildə təqib edir. Lakin, bu arada, Azərbaycanın sənət və mədəniyyət xadimləri bu vilayətin mədəniyyəti ilə bağlı milli səviyyədə bir fondun yaradılmasını istəyiblər,” deyə valinin sözləri Mehr xəbər agentliyində əks olunub.

Həmin mərasimdə çıxış edən İran İslam Respublikasının mədəniyyət naziri Əli Cənnəti isə yeni təklifi “yaxşı bir layihə” olaraq dəyərləndirərək “Azərbaycan milli mədəniyyət fondu”nun əsasnaməsinin qısa zamanda hazırlanmasını tələb edib.

İsmayıl Cabbarzadənin dediklərinə görə, “Azərbaycanın mədəniyyəti sadəcə türk dilindən ibarət deyildir, bunun üçün Azərbaycan mədəniyyətinin tamamını əhatə edən bir fondun yaradılması istənilir.”

Bu arada, həmin tarixdə Təbrizdə keçirilən Ustad Şəhriyar seminarında çıxış edən prezident Həsən Ruhaninin yardımçısı Höccətül-İslam Əli Yunesi Şərqi Azərbaycan vilayəti əhalisinin hamısının “Şiə və Azəri” olduğunu və hər hansı bir etnik ayrı-seçkiliyə məruz qalmadığını vurğulayıb.

İranın qeyri-fars etnik qrupları və dini azlıqlarla bağlı məsələlər üzrə prezident yardımçısı Yunesi Təbrizdə bu sözləri dilə gətirib:

“Bəziləri türk-fars ixtilafı törətmək istəyir. Onlar bunu bacarmayacaq. Dövlətdə, Azərbaycan əhalisinə qarşı ən kiçik mənfi baxış mövcüd deyil... Şərqi Azərbaycanın əhalisinin hamısı Şiə və Azəridir, buna görə də, onlar İranda hər hansı etnik ya məzhəbi çətinliklə üzləşmirlər... Ölkənin bir çox yüksək rütbəli rəsmisi, o cümlədən böyük öndərimiz (Xamneyi) Azərbaycana mənsubdur.”

Şərqi Azərbaycan valisi və Tehran rəsmilərinin yeni ifadələrini təhlil edən bəzi fəalların fikrincə, hökümət məsullari seçki kampaniyaları zamanı verilən sözləri yerinə gətirmək istəmədikləri üçün anlaşılmaz və qeyri-müəyyən layihələr ortaya atırlar.

XS
SM
MD
LG