Accessibility links

Müdafiəçinin Leyla Yunusla görüşünə imkan verilməyib - bəyanat (Yenilənib)


Leyla Yunus

Leyla Yunus

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəkili ilə görüşünə imkan verilməməsi etirazla qarşılanıb. Hüquq müdafiəçilərinin vəkillərindən sonra, Leyla Yunus və digər siyasi məhbusların hüquqlarını İctimai Müdafiə Komitəsi də etiraz bəyanatı ilə çıxış edib.

Sənədi diqqətinizə çatdırırıq:

Bu gün Kürdəxanı müvəqqəti saxlama təcridxanasında saxlanılan Sülh və Demokratiya İnstitutunun direktoru, tanınmış hüquq müdafiəçisi Leyla Yunusa vəkilləri ilə görüşə icazə verilməməsi Azərbaycanda qanunsuzluğun, siyasi məhbuslara və vicdan məhbuslarına qarşı hüquqa zidd münasibətin daha bir göstəricisidir. Əslində, Leyla xanım cəmiyyətə ünvanlanan sonucu məktubunda hər şeyə aydınlıq gətirmişdi. O, yazmışdı ki, həftə sonu ona qarşı təxribat hazırlanır. Görünür bu təxribatın nəticələri ağır olduğu üçün, hakimiyyət orqanları baş verənlərin ictimailəşməsindən ehtiyat edirlər.

Belə hüquqa zidd əməllərin fonunda Azərbaycan qanunsuzluğun tüğyan etdiyi “Avropa ölkəsinə” çevrilib. Mövcud qanunlar ilk dəfə həbs yerinə düşmüş şəxslərin, həmçinin indiki halda Leyla xanımın əvvəllər məhkum olmuş Nuriyyə Hüseynovla bir kamerada saxlanmasın qadağan etdiyi halda, qanunun bu tələbi çox asanlıqla onu icra etməli olan vəzifəli şəxslər tərəfindən pozulur. Qəribə də olsa, Penitensiar xidmət orqanı Leyla xanımın Nuriyyə Hüseynova ilə bir kamerada yatmağa məhkum edilməsini təcridxanada yer problemi ilə izah edirlər. Əgər hakimiyyətin yer problemi varsa, günahsız adamları həbs etməsin. Ümumilikdə isə, penitensiar xidmətin yer problemi varsa, bunun bədəlini Leyla xanım ödəməməlidir.

Bu ölkədə nəinki qanunlar, hətta Konstitusiyanın təməl prinsiplərinə belə məhəl qoyulmur. Məmur göstərişi Konstitusiyanın maddələrindən üstün hüquqi qüvvəyə malikdir. Şübhəsiz ki, bu orta əsr vəhşilikləri ilə Leyla xanımı sındırmaq, onu aman diləməyə məcbur etmək, bununla da insan əzabları, şərəfli həyat yaşamış bir hüquq müdafiəçisinə verilən işgəncələr hesabına öz daxili tələbatlarını ödəmək istəyirlər. Leyla Yunusun və digər siyasi məhbusların Hüquqlarının Müdafiə Komitəsi hakimiyyət orqanlarının bu qanunsuz əməllərini qəti şəkildə pisləyir, ən qısa zamanda Leyla xanıma öz vəkilləri ilə görüş imkanı yaradılmasını tələb edir. Bu, qanunun tələbədir və təqsirləndirilən şəxs qismində saxlanılan vətəndaşın müstəsna hüququdur, ən nəhayət, vətəndaşla müqavilə bağlamış vəkilin peşə borcudur. Bunların hamısına təminat vermək isə dövlətin konstitusyon borcudur.

***

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun müdafiəçiləri Xalid Bağırov, Fariz Namazlı, Cavad Cavadov, Əlayif Həsənov birgə açıqlama verib.

Hüquq müdafiəçisi son günlər saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında kamera yoldaşının təzyiqinə məruz qaldığını bildirir. Hüquq müdafiəçisi və vəkillərinin dəfələrlə müraciətlərinə baxmayaraq onun kamerası dəyişdirilmir. Vəkilləri Leyla Yunsusun həyatı üçün təhlükənin olduğnu bildirir.

Penitensiar Xidmət isə məhbusların saxlanma yerlərində qanunvericiliyə uyğun saxlandığını və onların həyatı üçün təhlükənin olmadığını bildirir.

Müdafiəçilərin açıqlamasını təqdim edirik:

“22 sentyabr 2014-cü ildə müdafiəçilərdən vəkil Xalid Bağırov növbəti dəfə Leyla Yunusun yanına gedib, onun istintaq otağına çağırılması üçün tələbnamə verib. Bir müddət sonra istintaq otağına baxan nəzarətçilər Leyla Yunusun xəstə olduğunu və görüşə gəlmək istəmədiyini bildirib. Belə olan halda Leyla xanımla telefon əlaqəsi saxlamaq istədiyini bildirib, lakin nəzarətçilər bunun mümkün olmamasını qeyd edib. Beləliklə vəkil Leyla xanımla görüşmədən təcridxanadan ayrılmalı olub.

Leyla Yunusun müdafiəçiləri onun saxlandığı kamerada yaranmış son situasiya fonunda vəkillə görüşə gətirilməməsi, onunla telefonla əlaqəsi saxlanmasına imkan verilməməsi, bunun səbəbi kimi onun xəstə olmasının göstərilməsi bizdə qeyri-müəyyən fikirlər və ciddi narahatçılıq yaradır.

Aidiyyəti orqanlardan bu məsələyə aydın gətirməklə, dərhal müdaxilə etməsi Leyla Yunusun tez bir zamanda müdafiəçiləri ilə təmasının bərpa edilməsini tələb edirik”, açıqlamada deyilir.

XS
SM
MD
LG