Accessibility links

Əlcəzairdə İslam Dövləti ilə əlaqəsi olan qrup tərəfindən bazar günü girov götürülən Fransa vətəndaşının başı kəsilib.

Onlayn videoda Ervay Qordel adlı 55 yaşlı şəxsin kəsilmiş başı “Xəlifət əsgərləri”nin əlində nümayiş etdirilib.

Fransa prezidenti Fransua Olland qətli amansız və qəddar əməl adlandırıb.

BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı Fransanın dövlət başçısı İraqda islamçı yaraqlılarla mübarizənin davam etdiriləcəyinə and içib.

İslam Dövləti avqust ayında eyni yolla 2 amerikalı və 1 britaniyalını qətlə yetirib.

XS
SM
MD
LG