Accessibility links

Honq Konq polisi nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib


Honq Konqda iğtişaş polisi və siyasi tələblərlə etiraz edən nümayişçilər arasında qarşıdurma davam edir.

Polisin gözyaşardıcı qazdan istifadə etməsi şəhər rəsmiləri və Çin hökumətindən demokratik islahatlar tələb edən nümayişçiləri qorxutmayıb.

Tələbə nümayişçilərdən biri hökuməti bir neçə gündür davam edən nümayişlərlə bağlı cavab bildirməyə çağırıb

Nümayişçilər kimyəvi qazdan qorunmaq üçün tibbi maskalar taxcıb.

Toqquşmalar Honq Konqun icra hakimiyyətinin başçısı Leonq Çunn-yinqin hökumətin seçki islahatları ilə bağlı danışıqların yeni raundunu keçirəcəyini elan etməsindən sonra başlayıb. O, müzakirələrin keçirilməsi üçün hansı müddətin qoyulduğu haqda bir söz deməyib.

Nümayişlər rəsmi Pekinin Britaniyanın keçmiş koloniyası olan Honq Konqun işlərinə siyasi müdaxiləni azaltmasına çağıran kütləvi hərəkatın bir hissəsidir.

Çinin 2017-ci ildə seçkidə bütün namizədlərin Pekin tərəfdarı komitə tərəfindən təsdiq edilməli olduğunu elan etməsi demokratiya tərəfdarı fəalların qəzəbinə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG