Accessibility links

ABŞ-ın Gizli Xidmət idarəsinin başçısı Culiya Pirson vəzifəsindən istefa verib.

Administrasiya rəsmiləri Pirsonun istefasını prezident Barak Obamaya təqdim etdiyini və onun istefanı qəbul etdiyini bildiriblər. Ağ Evin sözşüsü Coş Ernstin bildirdiyinə görə, Pirson prezident Obama ilə görüşüb və Amerika lideri ona ölkəyə göstərdiyi 30 illik xidmətə görə təşəkkürünü bildirib.

Qanunvericilər Ağ Evdə təhlükəsizliyin qorunmasında yol verilmiş səhvlərə görə Pirsonu kəskin tənqidə məruz qoyublar.

Konqresin Nümayəndələr Palatasının spikeri Con Beyner deyib ki, təhlükəsizliklə bağlı daha artıq detallar açıqlandıqca Gizli Xidmət idarəsinin işinin qeyri-məqbul olduğu daha da aydın olur.

Nümayəndələr Palatasında demokratların lideri Nensi Pelozi də yenidən təhqiqat aparılmasına çağırıb.

Prezident Obama və onun ailəsinin təhlükəsizliyinin qorunması işinə görə məsuliyyət daşıyan Gizli Xidmət idarəsinin ünvanına tənqidlər hasarı keçərək Ağ Evə daxil ola bilmiş Omar Qonsalesin Vaşinqtonda məhkəmə qarşısına çıxarıldığı vaxt səslənir. O, sentyabrın 19-da təhlükəsizliyə riayət etməyib, cibində bıçaq gəzdirərək prezident iqamətgahına keçmək ittihamı üzrə özünü müqəssir tanımayıb.

XS
SM
MD
LG