Accessibility links

Artum Dinc: Türk-fars ixtilafı yoxdur, farslaşdırma siyasətini rədd etmək var [Audio]


Artum Dinc

Artum Dinc

Güneyli sosioloq İran İslam Respublikasının milli kimlik siyasətini dəyərləndirir

Artum Dincin sözlərinə görə, İran rəsmiləri türk kimliyini danıb, fars milliyyətçilərinin uydurduğu "Azəri" anlamını və məzhəb faktorunu aşırı şəkildə vurğulayırlar. Güneyli sosioloq Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında etnik ayrı-seçkiliyin mövcud olmasını inkar edən İran İslam Respublikası rəsmilərinin mövqeyini şərh edir və hakimiyyətin Azərbaycan bölgələrində kimlik üzərində apardığı siyasəti dəyərləndirir.

Etnik ayrı-seçkilik yoxdursa, ölkədə türklərin yaşadığı bölgələrdən farsların yaşadığı bölgələrə axın axın gedən bu işçi, işverən, sərmayə və mütəxəssis köçü necə açıqlanar? Bu gün rəsmi istatistikalara görə, Şərqi Azərbaycan ölkənin ən yaşlı əhaliyə sahib olan vilayətlərdən biri sayılır. Nədən gənc əhali bu torpaqlarda qala bilmir, öz ailə və sevdiklərindən uzaq, farsların yaşadığı bölgələrə köçmək məcburiyyətində qalır?

Bu yaxınlarda İranın qeyri-fars etnik qrupları və dini azlıqlarla bağlı məsələlər üzrə prezident yardımçısı Höccətül-İslam Əli Yunesi Şərqi Azərbaycan vilayəti əhalisinin hamısının “Şiə və Azəri” olduğunu və hər hansı bir etnik ayrıseçkiliyə məruz qalmadığını irəli sürmüşdü.

Artum Dinc Əli Yunesinin Azərbaycan əhalisi üçün işlətidiyi terminləri qəbul etmir. Onun dediklərinə görə, Yunesi burada fars milliyyətçiliyinin uydurduğu söyləmlər əsasında danışır:

“Yunesinin sözlərində kimlik müəyyənləşdirməsi şüurlu bir şəkildə mərkəzə alınaraq vurğulanan, eləcə də qırağa qoyulan və hardasa inkar edilən faktorlar vardır... Fars milliyyətçiliyinin ortaya atdığı azəri adlandırması və məzhəb faktoru aşırı şəkildə vurğulanır. Türk dili, türk tarixi, türk adət-ənənələri, simgələri və özünəməxsus ünsürlər və nümunələri isə qırağa qoyulur.”

Güneyli sosioloq Azərbaycan vilayətlərində əhalinin məruz qaldığı ayrıseçkilik hallarının bəzi nümunələrinə işarə edir. O, əhalinin iş tapmaq üçün İranın mərkəz bölgələrinə axın etməsi, türk dilində təsilin qadağa olması və dövlət dairələrində istifadə edilməməsi, eləcə də türk adlarının dəyişdirilməsi kimi məqamları önə çəkir.

Əli Yunesi keçmişdə İranın kəşfiyyat naziri işləyib.

Əli Yunesi keçmişdə İranın kəşfiyyat naziri işləyib.

“Etnik ayrı-seçkilik yoxdursa, ölkədə türklərin yaşadığı bölgələrdən farsların yaşadığı bölgələrə axın axın gedən bu işçi, işverən, sərmayə və mütəxəssis köçü necə açıqlanar? Bu gün rəsmi istatistikalara görə, Şərqi Azərbaycan ölkənin ən yaşlı əhaliyə sahib olan vilayətlərdən biri sayılır. Nədən gənc əhali bu torpaqlarda qala bilmir, öz ailə və sevdiklərindən uzaq, farsların yaşadığı bölgələrə köçmək məcburiyyətində qalır?” deyə Artum Dinc sual edir.

Əli Yunesi həmçinin “bəzi” qrupları farslar və türklər arasında ixtilaf törətməkdə günahlandırıb. Dinc belə bir ittihamın cəfəng olduğunu deyir. Türk və fars arasında ixtilaf olmadığını vurğulayyan güneyli fəal hesab edir ki, İran rəsmisi Azərbaycan türklərinin oyanışı və farslaşdırma siyasətini rədd etməsini millətlərarası ixtilafla səhv salır. Azərbaycan türkləri sadəcə öz milli haqlarına sahib çıxırlar, deyə güneyli sosioloq bildirir.

XS
SM
MD
LG